Çin Braziliyanın qızıl yataqlarını alır və bazar liderliyini gücləndirir

Redaktor

15.12.2025 23:10
154

Çin Braziliyanın qızıl yataqlarını alır və bazar liderliyini gücləndirir

Çinin ən böyük mədən konsernlərindən biri olan “CMOC Group” Braziliyada bir neçə qızıl yatağına nəzarət edən “Equinox Gold Corp”un biznesini almaq üçün 1 milyard dollarlıq saziş bağlayıb. 

Valyuta.az xəbər verir ki, bu barədə “Bloomberg” yazır.

Razılaşmaya əsasən, Çin şirkəti “Equinox”un Braziliyadakı aktivlərini idarə edən iki qurumun – “Leagold LatAm Holdings BV” və “Luna Gold Corp.”un tam mülkiyyət hüququnu əldə edəcək. “Equinox” bu satışdan 900 milyon dollar nağd vəsait alacaq, həmçinin sövdələşmə bağlandıqdan bir il sonra 115 milyon dollar məbləğində şərti ödəniş nəzərdə tutulur.

“CMOC” dünyanın ən sürətlə böyüyən mədən oyunçularından biri hesab olunur. Şirkət 2023-cü ildə “Glencore Plc”i geridə qoyaraq dünyanın ən böyük kobalt istehsalçısına çevrilib və eyni zamanda əhəmiyyətli mis aktivlərinə malikdir. Sənaye metalları üzrə yüksək qiymətlər fonunda “CMOC” güclü maliyyə nəticələri göstərir və bu ilin əvvəlində mis, qızıl və “kiçik metallar” adlandırılan sahələrdə birləşmə və satınalmalar üzərində fokuslanacağını açıqlamışdı.

Bazar reaksiyası da özünü göstərib: bazar ertəsi Honkonq birjasında “CMOC”un səhmləri 3,4 faiz bahalaşıb, iyunun sonundan bəri isə dəyəri iki dəfədən çox artıb.

Qeyd olunur ki, bu il qızılın qiyməti investisiya aktivlərinə artan tələbat səbəbindən təxminən üçdə iki nisbətində yüksələrək tarixi maksimumlara çatıb. Mis qiymətləri də yüksək istehlak və mədənlərdə fasilələr fonunda 30 faizdən çox artaraq rekord səviyyəni görüb.

Xatırladaq ki, “CMOC” bu ilin əvvəlində Kanadaya məxsus “Lumina Gold Corp.”u 581 milyon Kanada dollarına (təxminən 422 milyon ABŞ dolları) alaraq Ekvadordakı ən böyük ilkin qızıl yatağına çıxış əldə edib.

Hazırkı sövdələşmə “CMOC”a “Aurizona”, “RDM”, “Fazenda” və “Santa Luz” mədənləri üzərində tam nəzarət verəcək. Bu mədənlərin illik ümumi qızıl hasilatı təxminən 8 ton təşkil edir. Ekvadordakı mədənlərdən birinin işə düşməsindən sonra ümumi istehsal potensial olaraq 20 tondan çox arta bilər. Razılaşmanın gələn ilin birinci rübündə tamamlanması planlaşdırılır.

Analitiklərin fikrincə, Çinin qeyri-rəsmi qızıl alışları açıqlanan rəsmi göstəriciləri 10 dəfədən çox üstələyə bilər. Bu, ölkənin ABŞ dollarından asılılığı azaltmaq cəhdləri ilə izah olunur və qızıl qiymətlərinin rekord səviyyəyə qalxmasına təkan verir. Bəzi ekspertlər hesab edir ki, Çinin faktiki qızıl ehtiyatları təxminən 5000 ton təşkil edə bilər ki, bu da rəsmi rəqəmlərdən iki dəfə çoxdur.

Noyabr ayında Çin müasir tarixində ən böyük qızıl yatağını – Lyaonin əyalətində yerləşən Dadunqou yatağını kəşf edib. Ehtiyatlar 1 444 ton qızıl olaraq qiymətləndirilir. Bu, 1949-cu ildən bəri ən böyük tapıntı sayılır. Geoloqlar orta hesabla tonuna 0,56 qram qızıl tərkibli 2,586 milyon ton filiz aşkar ediblər. Bu həcmdə qızılın təxmini dəyəri 166 milyard avrodan çox qiymətləndirilir.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Sponsorluq biznesə nə qazandırır?

13.01.2026

Rəqəmsal bankçılıqda yeni dövr: bütün bank əməliyyatlarınızı Birbank-da izləyin ®

13.01.2026

Bakı-Sumqayıt ekspres marşrutlarında qiymət dəyişikliyi ediləcək

13.01.2026

ABB-nin İdarə Heyətinə yeni üzv seçildi

13.01.2026

Nazir generalı təqaüdə göndərdi

13.01.2026

"Lukoil"un qlobal aktivlərinin alışı üçün şirkətlər mübarizədə

13.01.2026
Xarici valyutada ən baha kreditlərin verildiyi 10 İQTİSADİ RAYON

Xarici valyutada ən baha kreditlərin verildiyi 10 İQTİSADİ RAYON

13.01.2026

Daha 9 startap vergidən azad olundu

13.01.2026

Nazirliyin 5 milyon ödədiyi minlərlə mal-qara "yoxa çıxıb"

13.01.2026

İşçilərin şikayət etdiyi "Grab Star"ın keçmiş direktoru cərimələndi

13.01.2026

Azərbaycanda lüks avtomobil şirkəti kapitalını 16,5 milyon manat azaldıb

13.01.2026

İlham Əliyev Ağdərənin Çapar kəndində görülmüş işlərlə tanış olub

13.01.2026

İlham Əliyev Ağdərənin Heyvalı kəndində görülmüş işlərlə tanış olub

13.01.2026
Kəşbek pulu kimdən çıxır - bank, mağaza, yoxsa müştəridən?

Kəşbek pulu kimdən çıxır - bank, mağaza, yoxsa müştəridən?

13.01.2026

Azərbaycanda son 5 ildə nə qədər təbii qaz istehsal olunub?

13.01.2026

Prezident Tərtər və Ağdərəyə səfər etdi

13.01.2026

"Apple" geri addım atdı, yeni "Siri"ni ən böyük rəqibinə etibar etdi

13.01.2026

"Alphabet"in bazar dəyəri 4 trilyon dolları keçdi

13.01.2026

Azərbaycan Turizm Bürosunun sədr müavini işdən çıxıb - YENİ VƏZİFƏ

13.01.2026

Sabah Bakıda sulu qar yağacaq, güclü külək əsəcək

13.01.2026

Məzənnə

Yüklənir...