Redaktor
“ChatGPT” qətldə “iştirak edib”?
Konnektikutda baş verən qətl-intihar hadisəsi ilə bağlı “OpenAI” və “Microsoft”a qarşı məhkəmə iddiası qaldırılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, qətlə yetirilən qadının ailəsi iddia edir ki, “ChatGPT” istifadəçisi Steyn-Erik Soelberqin psixi vəziyyətini ağırlaşdıraraq onu zorakılığa sövq edib.
Kaliforniya Ali Məhkəməsinə təqdim olunan iddiada bildirilir ki, Soelberq aylarla “ChatGPT” ilə ünsiyyətdə olub, izlənildiyi və öldürülmək istəndiyi kimi paranoyak düşüncələr formalaşdırıb. Ailənin iddiasına görə, bu hal 2025-ci ilin avqustunda onun 83 yaşlı anasını öldürməsinə və ardından intihar etməsinə səbəb olub.
Şikayətdə “GPT-4o” modelinin ruhi xəstəlik əlamətlərini tanımadığı və təhlükəli fikirləri gücləndirdiyi vurğulanır. “OpenAI” işi araşdıracağını bildirib, “Microsoft” isə hələlik şərh verməyib.
İddiada maddi kompensasiya və əlavə təhlükəsizlik tədbirlərinin tətbiqi tələb olunur.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərUorren Baffet bazar enişləri zamanı necə varlı qalır?
02.03.2026Alma ixracından alınan gəlir 1,3 milyon manat artıb
02.03.2026Əmlak sığortası üzrə ödənişlər 22% azalıb
02.03.2026Mərkəzi Bank iki xidmət üzrə satınalma aparır
02.03.2026Avropada qazın qiyməti 500 dolları ötdü
02.03.2026