Bu özəl klinikalarda onkoloji xidmətlər qanunidirmi?

Redaktor

05.02.2026 11:32
306

Bu özəl klinikalarda onkoloji xidmətlər qanunidirmi? - SİYAHI

Azərbaycanda özəl tibb müəssisələrində onkoloji xəstəliklərin müayinə və müalicəsinin həyata keçirilməsi nəzərdə tutulur. Belə ki, sözügedən məsələ Milli Məclisin son plenar iclasında müzakirə olunan “Onkoloji yardım haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Ancaq vacib məqam ondan ibarətdir ki, özəl xəstəxanalara onkoloji xidmət göstərilməsi ilə bağlı hələlik rəsmi icazə verilməyib. Qanun layihəsi müzakirə mərhələsindədir və qəbul ediləcəyi halda belə, özəl klinikalar yalnız müvafiq maddi-texniki bazaya, müasir tibbi avadanlıqlara, ixtisaslı onkoloq kadrlarına malik olduqları halda və ayrı-ayrı lisenziya əlavələri əsasında bu sahədə fəaliyyət göstərə biləcəklər.

Yəni nəticə olaraq bu gün üçün özəl xəstəxanaların onkoloji yardım göstərməsi qanuni əsaslara tam söykənmir, amma qanun dəyişiklikləri qəbul edilərsə, bu imkan hüquqi çərçivədə yaradılacaq.

Valyuta.az xəbər verir ki, Modern.az mövzunun aktuallığını nəzərə alaraq bir sıra özəl tibb müəssisələrində onkoloji şöbə və xidmətlərin mövcudluğunu araşdırıb. Sorğu zamanı məlum olub ki, bəzi tibb müəssisələri qanun layihəsi təsdiqini tapmasa da, ödənişli əsaslarla onkoloji yardım göstərir və müvafiq sahədə onkoloq ştatına malikdir.

"Liv Bona Dea" Hospitaldan bildirilib ki, tibb müəssisəsində onkoloji xidmətlər mövcuddur. Hazırda xəstəxanada onkoloq, onkoginekoloq və uşaq onkoloqu fəaliyyət göstərir.

"Baku Medical Plaza"dan verilən məlumata görə, hazırda onkoloji şöbənin açılması istiqamətində işlər aparılır və yaxın gələcəkdə bu xidmətin fəaliyyətə başlaması planlaşdırılır.

Modern Hospitaldan isə bildirilib ki, müəssisədə onkoloji müayinələr aparılmır və onkoloq ştatı mövcud deyil.

Araşdırmalara əsasən, MedEra Hospitalda da onkoloji xidmətlər göstərilir və burada iki onkoloq ştatı mövcuddur. Onlardan biri onkoloq, digəri isə cərrah-onkoloqdur.

Bundan əlavə, Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində də bir cərrah-onkoloq ştatı fəaliyyət göstərir.

Avrasiya HospitalWEST Hospitalda isə onkoloji bölmə və xidmətlər mövcud deyil.

Məlumat üçün bildirək ki, qanun layihəsinə əsasən, onkoloji yardım ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində, eləcə də “Lisenziyalar və icazələr haqqında” Qanuna uyğun olaraq lisenziya almış özəl tibb müəssisələrində (lisenziyanın əlavəsinə uyğun olaraq) həyata keçiriləcək.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...