Redaktor
Bu il yığılan verginin həcmi açıqlandı
Cari ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 15 milyard 310.5 milyon manat vergi daxil olub, proqnoza 105.1 faiz əməl edilib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dövlət büdcəsinə vergi daxilolmaları 315.1 milyon manat və ya 2.1 faiz artıb.
Valyuta.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, qeyri-neft-qaz sektorundan daxilolmalar 11 milyard 187.6 milyon manat olub, proqnoz 102.7 faiz icra edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 8.7 faiz artıb.
Ödənilən vergilərin 73.1 faizi qeyri-neft-qaz sektorunun, 26.9 faizi isə neft-qaz sektorunun payına düşüb.
Cari ilin yanvar-noyabr aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun "ağarması" şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 733.6 milyon manat təşkil edib. Bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11.7 faiz və ya 601.3 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 12.3 faiz artaraq 3 milyard 832.2 milyon manat olub.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10.4 faiz artaraq 203 milyon manat təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 11.4 faiz artıb və 155 milyon manat olub.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 10.1 faiz artaraq 1 milyard 6.3 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9.6 faiz artıb və 713.7 milyon manat təşkil edib.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər4 sığorta şirkətinin yığımları azalıb - SİYAHI
05.12.2025Böyük pulları tərk edən CEO-lar - SƏHƏR OXUSU
05.12.2025Tütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb
04.12.2025Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?
04.12.2025Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı
04.12.2025Bu şəxlərə 2000 manat veriləcək
04.12.2025Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?
04.12.2025Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?
04.12.2025Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...
04.12.2025İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr
04.12.2025“iPhone 17” satışları rekord qırır
04.12.2025Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək
04.12.2025Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir
04.12.2025Dünyada dollar milyarderlərinin sayı artıb
04.12.2025Nazirliyin vəzifəli şəxsi cərimələndi
04.12.2025“Brevo” 583 milyon dollar investisiya alıb
04.12.2025"İvanovka"da məhsul satışı qadağan edildi
04.12.202513 milyon maaş alacaq
04.12.2025Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? - CƏDVƏL
04.12.2025