Brend tanınmır, müştəri gəlmir, satış yoxdur - Marketinqdə məşhur yanlışlar
11.08.2025 14:34
619

Brend tanınmır, müştəri gəlmir, satış yoxdur - Marketinqdə məşhur yanlışlar

Şahin Dəniz
     Rəqəmsal marketinq mütəxəssisi

Marketinq sahəsində edilən ən böyük yanlışlıqlar, xüsusilə də rəqəmsal marketinq sahəsində, şirkətlərin həm potensialını boğur, həm də rəqiblərin qarşısında onları zəif və görünməz edir. İndi sizə bunu açıq və detallı şəkildə izah edim:

Edilən ən böyük yanlışlıqlar:

1. Digital marketinq büdcəsinin yetərsizliyi

Şirkətlər çox zaman marketinqə xərclə deyil, xərclik kimi baxır.

"Onsuz da sosial media pulsuzdur" deyə düşünürlər, amma orada effektiv görünmək pulludur.

Büdcə az olduğu üçün ya az nəticə verən reklamlar olur, ya da tamamilə görünməz qalırlar.

Nəticədə nə olur? Brend tanınmır, müştəri gəlmir, satış olmur.

Düzgün strukturun olmaması

Marketinq strategiyası yoxdur, hər şey spontan gedir.

Kimin nə iş gördüyü bilinmir: kontent yazan həm dizayn edir, həm reklam verir, həm analitikaya baxır. Nəticə? Heç biri tam alınmır.

KPI-lər və ölçülə bilən hədəflər yoxdursa, bütün işlər "görülmüş kimi" olur, amma effekt sıfır.

Nəticədə yaranan problemlər:

Satışlar artmır, çünki funnel tam deyil (trafik gəlir, amma dönüş olmur).

Brend dəyəri formalaşmır, çünki ardıcıl və peşəkar kontent yoxdur.

Komanda motivasiyası düşür, çünki nəticə görünmür.

Rəqiblər sizi üstələyir, çünki onlar daha sistemli və ardıcıl işləyir.

Bəs doğru plan necə olmaldır?

1, Marketinq strategiyası qurulmalıdır

Məqsədlər: Tanınma? Trafik? Satış?

Hədəf auditoriya kimdir?

Hansı kanallar istifadə olunacaq və niyə?

2. Doğru struktur və komanda

Kontent, dizayn, reklam, analitika sahələri üçün ayrı rollar olmalıdır.

Ən azından bu rollar bir-birindən aydın şəkildə fərqlənməlidir – eyni adam 5 iş görməməlidir.

3. Rəqəmlərlə ölçmək

ROI, CTR, CPL, ROAS kimi əsas metriklərlə ölçülməlidir.

A/B testlər edilməli, nəticəyə əsasən optimizasiya olunmalıdır.

4. Yaxşı büdcə, ağıllı bölgü

Büdcə real olmalı və hədəfə görə bölünməlidir.

Yəni satış istəyirsənsə - reklam, remarketinq, kampaniya xərcləri olmalıdır.

Tanınma istəyirsənsə - influenser, kontent, PR işləri üçün ayrıca xərc ayrılmalıdır.

Nəticə:

Digital marketinqdə “nəyəsə xərcləmək yox”, “nə üçün xərclədiyini bilmək” əsasdır. Büdcə az olsa belə, struktur düzgündürsə, ROI yüksək olur. Amma struktur yoxdursa, 100 min xərclə, heç nə əldə etməzsən.

Bir dəfə reklam verməklə nəticə əldə etmək mümkündür?

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

3 aya marketdən 7 minlik məhsul oğurladı

24.01.2026

Tövlədən idarə etdiyi biznesi dünyada məşhur imperiyaya çevirdi

24.01.2026

İnvestorlar üçün bilməli olduqları kriptovalyuta növləri

24.01.2026

“Azercell” bu tarif paketləri üzrə qiymətləri artırdı - FOTO

24.01.2026

Bazar gününün hava proqnozu

24.01.2026

"YouTube" 2026-cı il üçün planlarını açıqladı

24.01.2026

Ümumi təhsil müəssisələrində qış tətili başlayır

24.01.2026

Azərbaycan neftinin qiyməti 68 dolları ötüb

24.01.2026

Pentaqon yaxınlığında pizza sifarişləri artdı

24.01.2026

"iPhone" batareyasının köhnəlməsinin qarşısını necə almaq olar?

24.01.2026

149 milyondan çox insanın məlumatları internetə sızdırılıb

24.01.2026

ABŞ-nin Vitse-prezidenti fevralda Azərbaycana səfər edəcək

24.01.2026

Qızıl istehsalında 11%-dən çox artım

24.01.2026

Riçard Branson və “ilan kimi” qıvrılan biznes ruhu - SƏHƏR OXUSU

24.01.2026

“Hyundai Motor” səhmləri ilin əvvəlindən 72% artdı

23.01.2026

Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib

23.01.2026

2009-cu ildən ən aşağı səviyyə: Rusiyada neft hasilatı rekord şəkildə azaldı

23.01.2026

131 nəfərin məktəb direktoru təyin edilməsi ilə bağlı müsbət rəy verildi

23.01.2026

Karyera şəbəkəsindəki "ruhlar": "LinkedIn" profilləri necə casusluq vasitəsinə çevrildi?

23.01.2026

"Nvidia" Al səbəbindən "GeForce RTX 50" videokartlarının istehsalını dayandırır

23.01.2026

Məzənnə

Yüklənir...