Redaktor
Bitcoin üçün həyəcan təbili: 65 min dollar səviyyəsində qalacaqmı?
Kriptovalyuta bazarları həftəyə güclü satış təzyiqi ilə başlayıb. Asiya sessiyasının açılması ilə Bitcoin 64.338 dollar səviyyəsinə qədər geriləyərək son həftələrin ən aşağı nöqtəsini sınayıb. Bu səviyyə 6 fevraldan bəri görülən ən zəif qiymət olaraq qeydə alınıb.
Valyuta.az xəbər verir ki, lider kriptoaktiv son əməliyyatlardakı 3,7% düşüşlə 65.097 dollar ətrafında stabilləşməyə çalışır. Lakin bazarlardakı ehtiyatlı hava qiymətlər üzərində təzyiq yaratmağa davam edir.
Bazar dəyərinə görə ikinci sırada olan Ethereum şəbəkəsinin yerli aktivləri Ether də satış dalğasından payını alıb. Ether qiyməti 4,33% azalaraq 1.865 dollar səviyyəsinə düşüb.
Altcoin bazarında da ümumi görünüş zəif qalır və investorların riskli aktivlərdən çıxış etdiyi müşahidə olunur.
Analitiklər bildirirlər ki, satış təzyiqinin arxasında qlobal ticarət siyasətinə dair qeyri-müəyyənliklər dayanır.
ABŞ Ali Məhkəməsinin prezident Donald Tramp dövründə fövqəladə vəziyyət çərçivəsində tətbiq olunan tarif səlahiyyətinin ləğvinə dair qərarı sonrası bazarlarda dalğalanma artıb. Rəsmi şəxslər mövcud ticarət razılaşmalarının qüvvədə qalacağını açıqlamasına baxmayaraq, qlobal tariflərin 10%-dən 15%-ə artırılması yönündə addımlar qeyri-müəyyənlik algısını gücləndirib.Bu inkişaflar xüsusilə kriptoaktivlər kimi yüksək volatilliyi olan bazarlarda qısa müddətli risk həvəsini zəiflədir.
Texniki analiz baxımından 65 min dollar səviyyəsi Bitcoin üçün vacib bir hədd hesab olunur. Mütəxəssislər bildirirlər ki, bu dəstəyin aşağı istiqamətdə qırılması halında 60 min dollar bandı gündəmə gələ bilər.
Digər tərəfdən, yuxarı istiqamətli toparlanmanın güc qazanması üçün 70 min dollar müqavimətinin aşılması zəruridir. Bu səviyyənin üzərində qalıcılıq təmin olunarsa, yenidən yüksəliş ivməsinin formalaşa biləcəyi qiymətləndirilir.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərUorren Baffet bazar enişləri zamanı necə varlı qalır?
02.03.2026Alma ixracından alınan gəlir 1,3 milyon manat artıb
02.03.2026Əmlak sığortası üzrə ödənişlər 22% azalıb
02.03.2026Mərkəzi Bank iki xidmət üzrə satınalma aparır
02.03.2026Avropada qazın qiyməti 500 dolları ötdü
02.03.2026