Fermerlərin kredit faizlərini dövlət ödəyəcək

Redaktor

10.06.2026 14:13
101

Fermerlərin kredit faizlərini dövlət ödəyəcək

Kənd Təsərrüfatı Nazirliyi birillik əkin aparan fermerlərə yeni dəstək mexanizminin tətbiqinə başlayır.

Valyuta.az xəbər verir ki, yeni dəstək aləti aqrar sahəyə özəl sektor vəsaitlərinin yönəldilməsini təşviq edəcək.

Əsas məqsəd kredit faizlərinin dövlət tərəfindən qarşılanması yolu ilə aqrotexniki xidmətlər üçün maliyyə əlçatanlığını yaxşılaşdırmaq və aqrar sahənin inkişafına töhfə verməkdir.

Aqrar Subsidiya Şurasının qərarı ilə banklar tərəfindən fermerlərə ayrılacaq əkin məqsədli kreditlərin illik faiz dərəcəsinin dövlət büdcəsi hesabına maliyyələşdirilən hissəsi 19 %-dək müəyyən edilib.

Bu kreditlər çəltik, qarğıdalı, darı, sorqo, digər dənli və dənli-paxlalı bitkilər (buğda, arpa, çovdar, vələmir, qarabaşaq, noxud, lobya, mərci və s.), həmçinin günəbaxan, kartof, tərəvəz və bostan bitkiləri, eləcə də texniki bitkilər – pambıq, şəkər çuğunduru, tütün və soya əkən fermerlərə veriləcək.

Yeni mexanizmin əsas üstünlüyü ondan ibarətdir ki, kənd təsərrüfatı istehsal vasitələrinin, o cümlədən mineral gübrələrin, biohumusun, sertifikatlı toxumların və pestisidlərin alınması, həmçinin aqrotexniki xidmətlərdən istifadə məqsədi ilə götürülən və müddəti 1 ili keçməyən kreditlər üzrə hesablanan faizlər Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən qarşılanacaq. Fermerlər müddətin sonunda kreditin yalnız əsas məbləğini banka geri ödəyəcəklər.

Subsidiya vəsaitlərinə ən çox əkin mövsümünün əvvəlində ehtiyac yaranır. Subsidiya ödənişləri isə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan dövrü bitdikdən və yoxlama prosesi başa çatdıqdan sonra həyata keçirilir. Məhz bu məqam nəzərə alınaraq, fermerlərə əkin mövsümündə ehtiyacları olan vəsaiti daha tez əldə etmələri üçün faizləri dövlət tərəfindən ödənilən kreditlərdən faydalanma imkanı yaradılıb. Bunun üçün onlar banklara və bank olmayan kredit təşkilatlarına müraciət edə bilərlər.

Qeyd edək ki, fermerlər tərəfindən götürülən kreditlərin faizləri Azərbaycan Prezidentinin 5 mart 2026-cı il tarixli "Kənd təsərrüfatında güzəştli maliyyələşdirmə barədə bir sıra məsələlərin tənzimlənməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında" Fərmanına əsasən, dövlət büdcəsi hesabına AKİA tərəfindən maliyyələşdiriləcək.

Report.az

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində ®

10.06.2026

Məşhur bankadan qızıl üçün bədbin proqnoz: Kəskin eniş siqnalları güclənir

10.06.2026

Fermerlərin kredit faizlərini dövlət ödəyəcək

10.06.2026

"Apple" abunəlik sistemini kökündən dəyişir

10.06.2026

“Biznesdə yüksək risk – yüksək gəlir” qaydası həmişə işləyirmi?

10.06.2026

Zaur Hacılı: Regionda maliyyə təhlükəsizliyi investorların qərarlarına birbaşa təsir göstərir

10.06.2026

Nazir: "Hər il nəşrlərin alınması üçün dövlət 600 min manat xərcləyir"

10.06.2026

Sabah 33 dərəcə isti olacaq

10.06.2026

Azərbaycanın xarici dövlət borcu 36 milyon dollar azalıb

10.06.2026

Əhalinin gəlirləri 37,7 milyard manat təşkil edib

10.06.2026

Xarici valyutada ən çox qısamüddətli kredit qoyulan 5 region - CƏDVƏL

10.06.2026

TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan  start verildi  ®

10.06.2026

Əmək müqavilələrinin sayı açıqlandı

10.06.2026

“Azərlotereya” qadın sağlamlığı mövzusunda maarifləndirici görüş təşkil edib

10.06.2026

Mərkəzi Bank rəsmisi: "Ölkədaxili dələduzluq əməliyyatlarında məbləğ, ölkəxarici əməliyyatlarda isə say üstünlük təşkil edir" 

10.06.2026

"BYD" rəhbəri: Şirkət 5 il ərzində dünyanın ən böyük avtomobil istehsalçısına çevriləcək

10.06.2026

Tamerlan Rüstəmov: "Ani ödənişlərdə fırıldaqçılıq risklərinin artması gözləniləndir"

10.06.2026

Bakı-Tbilisi-Bakı qatarına əlavə vaqonlar qoşulacaq

10.06.2026
 "Apple", "Adobe" və "Epic Games" Azərbaycanda vergi uçotuna alındı

"Apple", "Adobe" və "Epic Games" Azərbaycanda vergi uçotuna alındı

10.06.2026

Səhmlərin ucuzlaşması ilə bir gündə 10 milyard itirdi

10.06.2026

Məzənnə

Yüklənir...