“Biznesdə yüksək risk – yüksək gəlir” qaydası həmişə işləyirmi?

Redaktor

10.06.2026 13:20
98

“Biznesdə yüksək risk – yüksək gəlir” qaydası həmişə işləyirmi?

Biznes dünyasında uğur hekayələri qədər uğursuzluq nümunələri də az deyil. Bəzən cəsarətli addımlar böyük qazanc gətirdiyi halda, eyni yanaşma başqa bir biznes üçün ciddi itkilərlə nəticələnə bilir. Bu isə risk və gəlir arasındakı əlaqənin nə qədər mürəkkəb olduğunu göstərir.

Bəs həqiqətən, biznesdə “Yüksək risk - yüksək gəlir” qaydası həmişə işləyirmi?

Biznes konsultant İlham Əfəndiyev Valyuta.az-a bildirib ki, “Yüksək risk – yüksək gəlir” prinsipi biznesdə hər zaman işləmir:

"Yüksək risk bəzi hallarda yüksək gəlir gətirsə də, eyni zamanda ciddi maliyyə itkilərinə və hətta biznesin fəaliyyətinin zəifləməsinə səbəb ola bilər. Uğurlu bizneslər adətən kor-koranə risk etmirlər. Onlar qərar qəbul etməzdən əvvəl bazarı təhlil edir, riskləri hesablayır, mümkün ssenariləri dəyərləndirir və yarana biləcək itkiləri minimuma endirmək üçün qabaqlayıcı tədbirlər görür və mümkün itkiləri idarə etməyə çalışırlar".

İ.Əfəndiyevin fikrincə, biznesdə əsas məqsəd maksimum risk götürmək deyil, risk və gəlir arasında optimal balansı tapmaqdır:

"Uzunmüddətli perspektivdə ən uğurlu şirkətlər daha çox risk edənlər deyil, riskləri düzgün qiymətləndirən və effektiv idarə edənlər olur. Bu yanaşma həm biznesin davamlı inkişafına, həm də maliyyə dayanıqlığının qorunmasına imkan yaradır".

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək

10.06.2026

"Apple" abunəlik sistemini kökündən dəyişir

10.06.2026

“Biznesdə yüksək risk – yüksək gəlir” qaydası həmişə işləyirmi?

10.06.2026

Zaur Hacılı: Regionda maliyyə təhlükəsizliyi investorların qərarlarına birbaşa təsir göstərir

10.06.2026

Nazir: "Hər il nəşrlərin alınması üçün dövlət 600 min manat xərcləyir"

10.06.2026

Sabah 33 dərəcə isti olacaq

10.06.2026

Azərbaycanın xarici dövlət borcu 36 milyon dollar azalıb

10.06.2026

Əhalinin gəlirləri 37,7 milyard manat təşkil edib

10.06.2026

Xarici valyutada ən çox qısamüddətli kredit qoyulan 5 region - CƏDVƏL

10.06.2026

TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan  start verildi  ®

10.06.2026

Əmək müqavilələrinin sayı açıqlandı

10.06.2026

“Azərlotereya” qadın sağlamlığı mövzusunda maarifləndirici görüş təşkil edib

10.06.2026

Mərkəzi Bank rəsmisi: "Ölkədaxili dələduzluq əməliyyatlarında məbləğ, ölkəxarici əməliyyatlarda isə say üstünlük təşkil edir" 

10.06.2026

"BYD" rəhbəri: Şirkət 5 il ərzində dünyanın ən böyük avtomobil istehsalçısına çevriləcək

10.06.2026

Tamerlan Rüstəmov: "Ani ödənişlərdə fırıldaqçılıq risklərinin artması gözləniləndir"

10.06.2026

Bakı-Tbilisi-Bakı qatarına əlavə vaqonlar qoşulacaq

10.06.2026
 "Apple", "Adobe" və "Epic Games" Azərbaycanda vergi uçotuna alındı

"Apple", "Adobe" və "Epic Games" Azərbaycanda vergi uçotuna alındı

10.06.2026

Səhmlərin ucuzlaşması ilə bir gündə 10 milyard itirdi

10.06.2026

"Yelo Bank"ın kredit məhsulları: məbləğlər, müddətlər və faiz dərəcələri

10.06.2026

Dövlət qurumları üçün xidməti parklanma yerlərinin siyahısı və ünvanları təsdiqlənib

10.06.2026

Məzənnə

Yüklənir...