Redaktor
Mərkəzi Bank rəsmisi: "Ölkədaxili dələduzluq əməliyyatlarında məbləğ, ölkəxarici əməliyyatlarda isə say üstünlük təşkil edir"
Rəqəmsallaşmanın genişlənməsi və banklarla ödəniş təşkilatlarının biznes portfellərinin böyüməsi fonunda banklarla bağlı fırıldaqçılıq halları da artmaqdadır.
Valyuta.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Mərkəzi Bankının Ödəniş Sistemləri və Məhsulların İnkişafı Departamentinin aparıcı mütəxəssisi Elvin Cəfərov "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə çıxışı zamanı deyib.
Elvin Cəfərov qeyd edib ki, ötən ilin ilk iki rübündə müəyyən sabit azalma müşahidə olunsa da, ikinci rübdən etibarən ölkədaxili fırıldaqçılıq əməliyyatlarında kəskin artım qeydə alınıb:
"Ölkəxarici dələduzluq əməliyyatlarında məbləğ az, əməliyyatların sayı isə nisbətən çox olur. Bu kateqoriyaya əsasən kartın fiziki iştirakı olmadan həyata keçirilən elektron ticarət əməliyyatları daxildir. Əməliyyatların xarakteristikası onu göstərir ki, say baxımından çox olsa da, məbləğ baxımından nisbətən aşağı göstəricilər qeydə alınır", – deyə o vurğulayıb.
Mərkəzi Bank rəsmisi bildirib ki, ölkədaxili dələduzluq hallarında əsas istiqaməti sosial mühəndislik və ödəniş alətlərindən istifadə edən şəxslərin manipulyasiyası təşkil edir:
"Bu zaman həm hesabların ələ keçirilməsi, həm də vətəndaşların aldadılaraq əməliyyatları özlərinin həyata keçirməsi nəticəsində daha böyük məbləğlər itirilir".
O əlavə edib ki, 2026-cı ilin birinci rübündə ötən ilin dördüncü rübü ilə müqayisədə müəyyən azalma müşahidə olunub. Bunun konkret səbəbini müəyyənləşdirməyin çətin olduğunu bildirən mütəxəssis, azalmada bəzi iri bankların antifrod sistemlərini təkmilləşdirməsinin rol oynamasının mümkün olduğunu qeyd edib.
Əməliyyatların sayı üzrə tendensiyalara toxunan E.Cəfərov bildirib ki, ölkədaxili banklarla bağlı fırıldaqçılıq əməliyyatlarda say nisbətən az, məbləğ isə yüksək olur:
"Ölkədaxili dələduzluq əməliyyatlarının sayında ötən ilin ikinci rübündən etibarən əhəmiyyətli artım müşahidə edilib. Ölkəxarici dələduzluq əməliyyatlarında isə artım və azalmaların növbələşdiyini deyən Mərkəzi Bank rəsmisi bunun səbəbləri arasında kütləvi kiberhücumlar və fişinq saytlarının çoxalmasının da ola biləcəyini vurğulayıb. Fişinq saytlarının əksəriyyətinin domen və ekvayer tərəflərinin xaricdə yerləşməsi bu əməliyyatların daha çox ölkəxarici dələduzluq kateqoriyasına daxil edilməsinə səbəb olur".
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərNazir: "Hər il nəşrlərin alınması üçün dövlət 600 min manat xərcləyir"
10.06.2026Sabah 33 dərəcə isti olacaq
10.06.2026Azərbaycanın xarici dövlət borcu 36 milyon dollar azalıb
10.06.2026Əhalinin gəlirləri 37,7 milyard manat təşkil edib
10.06.2026Xarici valyutada ən çox qısamüddətli kredit qoyulan 5 region - CƏDVƏL
10.06.2026TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verildi ®
10.06.2026Əmək müqavilələrinin sayı açıqlandı
10.06.2026“Azərlotereya” qadın sağlamlığı mövzusunda maarifləndirici görüş təşkil edib
10.06.2026Mərkəzi Bank rəsmisi: "Ölkədaxili dələduzluq əməliyyatlarında məbləğ, ölkəxarici əməliyyatlarda isə say üstünlük təşkil edir"
10.06.2026"BYD" rəhbəri: Şirkət 5 il ərzində dünyanın ən böyük avtomobil istehsalçısına çevriləcək
10.06.2026Tamerlan Rüstəmov: "Ani ödənişlərdə fırıldaqçılıq risklərinin artması gözləniləndir"
10.06.2026Bakı-Tbilisi-Bakı qatarına əlavə vaqonlar qoşulacaq
10.06.2026
"Apple", "Adobe" və "Epic Games" Azərbaycanda vergi uçotuna alındı
10.06.2026Səhmlərin ucuzlaşması ilə bir gündə 10 milyard itirdi
10.06.2026"Yelo Bank"ın kredit məhsulları: məbləğlər, müddətlər və faiz dərəcələri
10.06.2026Dövlət qurumları üçün xidməti parklanma yerlərinin siyahısı və ünvanları təsdiqlənib
10.06.2026Nazirlər Kabineti hasilatın pay bölgüsü sazişi barədə qərar verib
10.06.2026Avtomobil sahiblərinin NƏZƏRİNƏ: Sığorta haqqının hesablanması qaydaları dəyişir - VİDEO
10.06.2026