Redaktor
Nazir: "Hər il nəşrlərin alınması üçün dövlət 600 min manat xərcləyir"
"Kitabxana sahəsində bir çox problemlər mövcuddur. Bunlar həm infrastruktur, həm də məzmun baxımından özünü göstərir. Kitabxana fondlarını təhlil edərkən biz məsələləri aydın şəkildə müşahidə etmişik".
Oxu.Az xəbər verir ki, bu fikirləri mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Mədəniyyət komitəsinin "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirilən ictimai müzakirəsində deyib.
Nazir bu gün kitabxanalarımızın mövcud tələbatı tam şəkildə təmin etmədiyini deyib:
"Bu gün əsas məqsəd əhalimizin, eləcə də ölkəmizə gələn qonaqların və xarici vətəndaşların kitaba çıxış imkanlarını təmin etməkdir. Bu məqsədə çatmaq üçün yeni kitabxana xidmət şəbəkəsi sistemi formalaşdırılır".

"Apardığımız araşdırmalar göstərir ki, kitabxanaların ərazi üzrə yerləşməsi və əlçatanlığı baxımından mövcud sistem bu sahədəki tələbatın bütövlükdə hətta 35 faizini belə qarşılamır. Bu, ümumi nəzəri göstəricidir. Real rəqəmlərə baxdıqda isə mənzərə daha aşağı səviyyədə görünür. Məhz buna görə də məqsədimiz ölkə əhalisinin ən azı 95 faizini kitabxana xidmətləri ilə əhatə etməkdir. Gələcəkdə isə əsas hədəf 100 faizlik əhatə səviyyəsinə nail olmaqdır. Hər bir vətəndaşın kitab fondlarına, bilik mənbələrinə, elmi və elmi-kütləvi nəşrlərə, dövri mətbuata və digər informasiya resurslarına bərabər çıxış imkanlarının yaradılması əsas məqsədlərimizdəndir, - A. Kərimli əlavə edib.
Nazir onu da əlavə edib ki, hər il nəşrlərin alınması üçün dövlət 600 min manat xərcləyir:
"Kitabxanaların dəyərinin artırılması istiqamətində iş aparılır və elmi kitablara ciddi ehtiyac var. Bu baxımdan, elmi və elmi-kütləvi kitabların alışına diqqət ayrılır. Müəllifləri də elmi kitabların yazılmasına həvəsləndirirk. Universitelərimizlə də sıx iş birliyi qururuq".
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Apple" abunəlik sistemini kökündən dəyişir
10.06.2026“Biznesdə yüksək risk – yüksək gəlir” qaydası həmişə işləyirmi?
10.06.2026Zaur Hacılı: Regionda maliyyə təhlükəsizliyi investorların qərarlarına birbaşa təsir göstərir
10.06.2026Nazir: "Hər il nəşrlərin alınması üçün dövlət 600 min manat xərcləyir"
10.06.2026Sabah 33 dərəcə isti olacaq
10.06.2026Azərbaycanın xarici dövlət borcu 36 milyon dollar azalıb
10.06.2026Əhalinin gəlirləri 37,7 milyard manat təşkil edib
10.06.2026Xarici valyutada ən çox qısamüddətli kredit qoyulan 5 region - CƏDVƏL
10.06.2026TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verildi ®
10.06.2026Əmək müqavilələrinin sayı açıqlandı
10.06.2026“Azərlotereya” qadın sağlamlığı mövzusunda maarifləndirici görüş təşkil edib
10.06.2026Mərkəzi Bank rəsmisi: "Ölkədaxili dələduzluq əməliyyatlarında məbləğ, ölkəxarici əməliyyatlarda isə say üstünlük təşkil edir"
10.06.2026"BYD" rəhbəri: Şirkət 5 il ərzində dünyanın ən böyük avtomobil istehsalçısına çevriləcək
10.06.2026Tamerlan Rüstəmov: "Ani ödənişlərdə fırıldaqçılıq risklərinin artması gözləniləndir"
10.06.2026Bakı-Tbilisi-Bakı qatarına əlavə vaqonlar qoşulacaq
10.06.2026