Redaktor
Zaur Hacılı: Regionda maliyyə təhlükəsizliyi investorların qərarlarına birbaşa təsir göstərir
Maliyyə institutları və maliyyə sistemləri bu gün dünya ilə çox sıx əlaqədə fəaliyyət göstərir. Bu da tənzimləyici qurumların fəaliyyətinə yanaşmanı dəyişir və beynəlxalq əməkdaşlığı zəruri edir.
Valyuta.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Mərkəzi Bankının Maliyyə Monitorinqi Siyasəti və Tənzimlənməsi Departamentinin direktoru Zaur Hacılı "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, maliyyə sistemlərinin qlobal inteqrasiyası şəraitində nəzarət və tənzimləyici qurumların təcrid olunmuş formada fəaliyyət göstərməsi artıq mümkün deyil:
"Nəzarət və tənzimləyici orqanların "sərt nəzarətçi" modeli artıq keçmişdə qalıb və əvvəlki yanaşmalarla fəaliyyət göstərmək mümkün deyil. Xüsusilə fintech texnologiyalarının, virtual aktivlərin və süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə tənzimləmə yanaşmaları da dəyişməlidir".
Departament direktoru vurğulayıb ki, makroregional baxımdan, xüsusilə Mərkəzi Asiya və Xəzər hövzəsi ölkələrində komplayens yanaşmaları, eləcə də qaydaların tətbiqi mexanizmləri arasında müəyyən fərqlər mövcuddur:
"Bu fərqlər tənzimləyici arbitraja və maliyyə sistemində "boz zonaların" yaranmasına səbəb olur. Bu isə iri investorlar, beynəlxalq təşkilatlar və birinci dərəcəli müxbir banklar üçün ölkə riski yaradır. İnvestorlar bu günlərdə bizi ayrı-ayrılıqda deyil, bütöv region kimi qiymətləndirirlər. Regionun maliyyə etibarlılığı və maliyyə təhlükəsizliyi investorların qərarlarına birbaşa təsir göstərən amillərdəndir".
Mərkəzi Bank rəsmisi bildirib ki, mövcud şərait vahid komplayens ekosisteminin formalaşdırılmasını və dəstəklənməsini zəruri edir:
"Müasir dövrdə komplayens qaydaları artıq yük kimi deyil, əksinə, rəqabət üstünlüyü yaradan amil kimi qəbul olunur".
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərFermerlərin kredit faizlərini dövlət ödəyəcək
10.06.2026"Apple" abunəlik sistemini kökündən dəyişir
10.06.2026“Biznesdə yüksək risk – yüksək gəlir” qaydası həmişə işləyirmi?
10.06.2026Zaur Hacılı: Regionda maliyyə təhlükəsizliyi investorların qərarlarına birbaşa təsir göstərir
10.06.2026Nazir: "Hər il nəşrlərin alınması üçün dövlət 600 min manat xərcləyir"
10.06.2026Sabah 33 dərəcə isti olacaq
10.06.2026Azərbaycanın xarici dövlət borcu 36 milyon dollar azalıb
10.06.2026Əhalinin gəlirləri 37,7 milyard manat təşkil edib
10.06.2026Xarici valyutada ən çox qısamüddətli kredit qoyulan 5 region - CƏDVƏL
10.06.2026TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verildi ®
10.06.2026Əmək müqavilələrinin sayı açıqlandı
10.06.2026“Azərlotereya” qadın sağlamlığı mövzusunda maarifləndirici görüş təşkil edib
10.06.2026Mərkəzi Bank rəsmisi: "Ölkədaxili dələduzluq əməliyyatlarında məbləğ, ölkəxarici əməliyyatlarda isə say üstünlük təşkil edir"
10.06.2026"BYD" rəhbəri: Şirkət 5 il ərzində dünyanın ən böyük avtomobil istehsalçısına çevriləcək
10.06.2026Tamerlan Rüstəmov: "Ani ödənişlərdə fırıldaqçılıq risklərinin artması gözləniləndir"
10.06.2026Bakı-Tbilisi-Bakı qatarına əlavə vaqonlar qoşulacaq
10.06.2026