TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan  start verildi 

Redaktor

10.06.2026 12:10
105

TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan  start verildi  ®

Təhsilin İnkişafı Fondu, Kapital Bank və Mastercard-ın əməkdaşlığı ilə həyata keçirilən TəhsilPlus layihəsinin ilk kütləvi təqdimatı Gəncə-Daşkəsən regionunda baş tutub. Gəncə Dövlət Universitetində və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində təşkil olunan tədbirlərdə təhsil işçilərinə TəhsilPlus kartları təqdim edilib və layihənin təqdim etdiyi imkanlar barədə ətraflı məlumat verilib. 

Təqdimat mərasimlərində Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini Fərid Hidayətzadə, ali təhsil müəssisələrinin rəhbərləri, təhsil işçiləri və digər qonaqlar iştirak ediblər. 

Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini Fərid Hidayətzadə çıxışında bildirib ki, müəllimlərə verilən dəyərin onların gündəlik həyatlarında da hiss olunması vacibdir: "Biz təhsil haqqında danışanda əslində gələcək haqqında danışırıq. Güclü təhsilin və uğurlu gələcəyin mərkəzində müəllimlər dayanır. Ona görə də hesab edirik ki, müəllimlərə verilən dəyər onların gündəlik həyatlarında da hiss olunmalıdır. TələbəPlus layihəsində əldə etdiyimiz təcrübə göstərdi ki, təhsil sahəsinə yönəlmiş həllər insanların gündəlik həyatında real fayda yarada bilir. 

TəhsilPlus da həmin yanaşmanın davamıdır". Tədbir zamanı iştirakçılara TəhsilPlus kartının təqdim etdiyi imkanlar, tərəfdaş şəbəkələrində mövcud olan güzəştlər və üstünlüklər barədə ətraflı məlumat verilib. Eyni zamanda bir qrup təhsil işçisinə TəhsilPlus kartları təqdim olunub. 

Tədbirdə bildirilib ki, TəhsilPlus kartı təhsil işçilərinə müxtəlif xidmət və məhsullar üzrə güzəşt və üstünlüklər təqdim etməklə onların gündəlik həyatına əlavə dəyər qazandırır. Layihənin gələcəkdə 450 minə yaxın təhsil işçisini əhatə etmək potensialı mövcuddur. 

Qeyd edək ki, TəhsilPlus layihəsi təhsil işçilərinin sosial rifahına dəstək olmaq, onların müxtəlif xidmətlərdən daha sərfəli şərtlərlə faydalanmasına imkan yaratmaq və gündəlik həyatlarına əlavə dəyər qazandırmaq məqsədi daşıyır. 
 
Çıxışçılar tərəfindən qeyd olunub ki, TəhsilPlus kartı təhsil işçilərinə müxtəlif xidmət və məhsullar üzrə güzəşt və üstünlüklər təqdim etməklə onların gündəlik həyatına əlavə dəyər qazandırmağı hədəfləyir. Layihənin gələcəkdə 450 minə yaxın təhsil işçisini əhatə etmək potensialı mövcuddur. Layihənin məqsədi təhsil işçilərinin sosial rifahına dəstək olmaq, onların müxtəlif xidmətlərdən daha sərfəli şərtlərlə faydalanmasına imkan yaratmaq və gündəlik həyatlarına əlavə dəyər qazandırmaqdır. 

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün 
https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul kreditiBirbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.  

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Apple" abunəlik sistemini kökündən dəyişir

10.06.2026

“Biznesdə yüksək risk – yüksək gəlir” qaydası həmişə işləyirmi?

10.06.2026

Zaur Hacılı: Regionda maliyyə təhlükəsizliyi investorların qərarlarına birbaşa təsir göstərir

10.06.2026

Nazir: "Hər il nəşrlərin alınması üçün dövlət 600 min manat xərcləyir"

10.06.2026

Sabah 33 dərəcə isti olacaq

10.06.2026

Azərbaycanın xarici dövlət borcu 36 milyon dollar azalıb

10.06.2026

Əhalinin gəlirləri 37,7 milyard manat təşkil edib

10.06.2026

Xarici valyutada ən çox qısamüddətli kredit qoyulan 5 region - CƏDVƏL

10.06.2026

TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan  start verildi  ®

10.06.2026

Əmək müqavilələrinin sayı açıqlandı

10.06.2026

“Azərlotereya” qadın sağlamlığı mövzusunda maarifləndirici görüş təşkil edib

10.06.2026

Mərkəzi Bank rəsmisi: "Ölkədaxili dələduzluq əməliyyatlarında məbləğ, ölkəxarici əməliyyatlarda isə say üstünlük təşkil edir" 

10.06.2026

"BYD" rəhbəri: Şirkət 5 il ərzində dünyanın ən böyük avtomobil istehsalçısına çevriləcək

10.06.2026

Tamerlan Rüstəmov: "Ani ödənişlərdə fırıldaqçılıq risklərinin artması gözləniləndir"

10.06.2026

Bakı-Tbilisi-Bakı qatarına əlavə vaqonlar qoşulacaq

10.06.2026
 "Apple", "Adobe" və "Epic Games" Azərbaycanda vergi uçotuna alındı

"Apple", "Adobe" və "Epic Games" Azərbaycanda vergi uçotuna alındı

10.06.2026

Səhmlərin ucuzlaşması ilə bir gündə 10 milyard itirdi

10.06.2026

"Yelo Bank"ın kredit məhsulları: məbləğlər, müddətlər və faiz dərəcələri

10.06.2026

Dövlət qurumları üçün xidməti parklanma yerlərinin siyahısı və ünvanları təsdiqlənib

10.06.2026

Nazirlər Kabineti hasilatın pay bölgüsü sazişi barədə qərar verib

10.06.2026

Məzənnə

Yüklənir...