Sabit maaşlı işdə çalışmaq təhlükənin qarşısını almır, sadəcə gecikdirir

Redaktor

10.06.2026 09:35
51

Sabit maaşlı işdə çalışmaq təhlükənin qarşısını almır, sadəcə gecikdirir - Ekspert

Müasir əmək bazarında gənclərin karyera seçimləri, işəgötürənlərin gözləntiləri və işçi-işəgötürən münasibətlərində fərqli tendensiyalar müşahidə olunur. Xüsusilə gənc kadrların inkişaf yönümlü layihələr əvəzinə, daha çox sabit gəlirli və rahat iş qrafikinə üstünlük verməsi müzakirə mövzusudur. Maraqlıdır, gəncləri risk almaqdan çəkindirən və innovasiyalardan uzaqlaşdıran əsas səbəblər hansılardır?

Karyera məsləhətçisi Natiq Xəlilov Valyuta.az-a bildirib ki, bu tendensiyanın kökündə həm psixoloji, həm də sosial-iqtisadi faktorlar dayanır:

“İlk növbədə, bizim cəmiyyətdə (və ümumiyyətlə post-sovet ölkələrində) ailədən gələn bir “zəmanətli gələcək” axtarışı var. Valideynlər həmişə övladlarına “böyüyəndə birtəhər dövlət işinə gir, stabil maaşın olsun, birtəhər dolanarsan” fikrini aşılayıblar. Bu, insanların şüuraltına elə həkk olunur ki, inkişaf etmək, risk almaq, yeni nəsə sınamaq qorxulu görünür.

Məsələyə real yanaşdıqda maddi ehtiyaclar mühüm rol oynayır, lakin bu yanaşma insanı bəzən "canlı robota" çevirir. İnsanın baza ehtiyacları (kirayə, yemək, ailə saxlamaq, kreditlər) ödənməyəndə, o, inkişaf, özünü tapmaq, maraqlı layihə haqqında düşünə bilmir. Psixologiyada Maslou piramidası deyilən bir qayda var. İnsan öz təhlükəsizliyini və maddi minimumunu təmin etməyibsə, onun yaradıcılıq və ya karyerada böyük sıçrayışlar barədə düşünməyə daxili enerjisi qalmır. Acınacaqlı tərəfi odur ki, bəzən bu maddi minimum təmin olunsa belə, insanlar sırf komfort zonasından çıxmaq qorxusuna görə o stabil, amma gələcəyi olmayan yerdən tərpənmək istəmir, yalnız sabit gəlir və rahatlıq axtarırlar. Belə şəxslər bir müddətdən sonra öyrənməyi dayandırır”.

Bazarın dəhşətli dərəcədə sürətlə dəyişdiyini vurğulayan mütəxəssis, rəqəmsallaşma və süni intellekt əsrində yerində saymağın geriyə getmək mənasına gəldiyini diqqətə çatdırıb:

“Mən buna karyerada “isti bataqlıq” effekti deyirəm. Bataqlıq istidir, rahatdır, hər ay filan tarixdə eyni maaş kartına oturur, amma illər keçir, insanın heç bir yeni bacarığı formalaşmır, portfoliosu böyümür. Günün birində həmin o stabil dediyimiz şirkət bağlansa və ya ixtisar düşsə, o namizəd dərhal əmək bazarında darmadağın olur. Çünki çölə çıxanda görür ki, onun 5 il əvvəlki bilikləri artıq heç kimə lazım deyil. Sabitlik arxasınca qaçmaq əslində ən böyük qeyri-sabitlikdir, sadəcə təhlükə gecikir”.

Həmçinin ekspert qeyd edib ki, peşəkar bir HR mütəxəssisi namizədin işə baxış bucağını elə ilk dəqiqələrdə onun verdiyi suallardan dərhal müəyyən edə bilir:

“Məsələn, namizəd içəri girən kimi işin mahiyyətindən, komandadan, qarşıya qoyulan hədəflərdən yox, ancaq “giriş-çıxış saatları necədir?”, “gecikəndə maaşdan kəsilir?”, “naharı şirkət verir?”, “şənbə günü iş var?” kimi suallara fokuslanırsa, onun məqsədi aydındır. O, işləməyə və dəyər yaratmağa yox, sadəcə vaxtını satıb pul almağa gəlib. Mənim buna münasibətim birmənalıdır: mən rəhbər işlədiyim müəssisələrdə komandama belə insanları cəlb etməməyə çalışıram. Çünki bu tip əməkdaşlar böhran anında risk ala bilmirlər, saat 18:00 olan kimi işi yarımçıq qoyub qaçırlar və şirkətə heç bir yaradıcı, innovativ ideya gətirmirlər. Onlar sadəcə prosesi yola verirlər”.

Sonda ekspert gənclərə karyera quruculuğunda doğru hədəf seçməyin vacibliyini tövsiyə edib:

“Əlbəttə, hər kəsin işləməkdə əsas məqsədi pul qazanmaqdır, bunu gizlətməyə ehtiyac yoxdur. Amma pul hədəf yox, sənin göstərdiyin nəticənin, yaratdığın dəyərin qarşılığı olmalıdır. Əgər gənclər karyeralarının başında inkişafı puldan üstün tutsalar, 2-3 il sonra o pul özü onların arxasınca qaçacaq. Tərsinə edəndə, həm pul az olur, həm də ortada karyera qalmır”.

 

Rəfiqə Abdin

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Azərlotereya” qadın sağlamlığı mövzusunda maarifləndirici görüş təşkil edib

10.06.2026

Mərkəzi Bank rəsmisi: "Ölkədaxili dələduzluq əməliyyatlarında məbləğ, ölkəxarici əməliyyatlarda isə say üstünlük təşkil edir" 

10.06.2026

"BYD" rəhbəri: Şirkət 5 il ərzində dünyanın ən böyük avtomobil istehsalçısına çevriləcək

10.06.2026

Tamerlan Rüstəmov: "Ani ödənişlərdə fırıldaqçılıq risklərinin artması gözləniləndir"

10.06.2026

Bakı-Tbilisi-Bakı qatarına əlavə vaqonlar qoşulacaq

10.06.2026

10 xarici rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alındı

10.06.2026

Səhmlərin ucuzlaşması ilə bir gündə 10 milyard itirdi

10.06.2026

"Yelo Bank"ın kredit məhsulları: məbləğlər, müddətlər və faiz dərəcələri

10.06.2026

Dövlət qurumları üçün xidməti parklanma yerlərinin siyahısı və ünvanları təsdiqlənib

10.06.2026

Nazirlər Kabineti hasilatın pay bölgüsü sazişi barədə qərar verib

10.06.2026

Avtomobil sahiblərinin NƏZƏRİNƏ: Sığorta haqqının hesablanması qaydaları dəyişir - VİDEO

10.06.2026
Sabit maaşlı işdə çalışmaq təhlükənin qarşısını almır, sadəcə gecikdirir

Sabit maaşlı işdə çalışmaq təhlükənin qarşısını almır, sadəcə gecikdirir - Ekspert

10.06.2026

Azərbaycan nefti ucuzlaşıb

10.06.2026

Məzuniyyət ödənişlərinin hesablanma qaydalarında dəyişiklik işçiyə nə qazandıracaq? - VİDEO

10.06.2026

Avro və rubl bahalaşır

10.06.2026
Bankların istehlak kreditlərini yüksək faizlə verməsinin səbəbi var - Ekspert

Bankların istehlak kreditlərini yüksək faizlə verməsinin səbəbi var - Ekspert

10.06.2026

Maaşın 3 günə bitməsinin qarşısını alan 4 sadə qayda

10.06.2026

"Renault" hərbi sifarişlərdən gəlirləri məhdudlaşdıracaq

09.06.2026

EIA gələn il üçün Azərbaycanda neft hasilatı proqnozunu azaldıb

09.06.2026

Yaxın Şərq böhranı: Aşağıbüdcəli aviaşirkətlər iflas həddində

09.06.2026

Məzənnə

Yüklənir...