Bir azərbaycanlı Koreyada biznes qurmaq istəsə, nələri bilməlidir?

Redaktor

10.02.2026 10:26
184

Bir azərbaycanlı Koreyada biznes qurmaq istəsə, nələri bilməlidir?

Azərbaycan vətəndaşları təkcə xaricdə işləməyə deyil, həm də fərqli ölkələrdə öz bizneslərini qurmağa maraq göstərirlər. Bu baxımdan Cənubi Koreya da diqqət mərkəzində olan istiqamətlərdən birinə çevrilib. Lakin bu bazara daxil olmaq istəyənlər üçün əsas suallar ortaya çıxır: Prosesi haradan başlamaq lazımdır? Hansı sahələrdə biznes qurmaq olar?

Valyuta.az bu suallara cavab tapmaq üçün 17 ildir Cənubi Koreyada yaşayan və “Korever Company”ni şirkətini quran Rahil Əhmədova ilə danışıb.

Rahil Əhmədova Valyuta.az-a bildirib ki, Koreyada biznes qurmaq mümkündür, lakin bu proses sistemli şəkildə və hüquqi çərçivədə aparılmalıdır:

"İlk və ən vacib məsələ müvafiq viza statusunun təmin edilməsidir. Turist vizası ilə hər hansı biznes fəaliyyəti həyata keçirmək qanunsuzdur. Buna görə də Koreyada biznes qurmaq istəyən xarici vətəndaş mütləq uyğun - adətən, investisiya və ya uzunmüddətli qalmağa imkan verən - viza növünə malik olmalıdır. Viza məsələsi həll edildikdən sonra şirkətin hüquqi forması müəyyənləşdirilir. Koreyada həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs kimi şirkət qeydiyyatı mümkündür. Hansı forma seçilməsindən asılı olmayaraq, ölkədə vergi və mühasibat sistemləri yüksək dəqiqliklə işlədiyi üçün bu sahədə peşəkar dəstək zəruridir. Ümumiyyətlə, qanunvericiliyə riayət biznesin davamlılığı üçün əsas şərtlərdən sayılır.

Şirkət qeydiyyatından sonra bank hesabının açılması, vergi sisteminə inteqrasiya və digər rəsmi prosedurlar həyata keçirilir. Bu mərhələlərdə sənədləşmə və vaxt planlaması xüsusi əhəmiyyət daşıyır, çünki Koreya inzibati proseslərə ciddi və dəqiq yanaşan ölkədir".

Sahə seçərkən Koreya bazarının özünəməxsus xüsusiyyətləri nəzərə alınmalı olduğunu deyən R.Əhmədova qeyd edib ki, ölkənin daxili bazarı kifayət qədər rəqabətlidir və onu dərindən təhlil etmədən atılan addımlar risk yarada bilər:

"Xarici sahibkar üçün əsas məsələ Koreya biznes mühitini, tənzimləyici çərçivəni və əmək mədəniyyətini düzgün anlamaqdır. Bu amillər nəzərə alınmadan verilmiş qərarlar uzunmüddətli perspektivdə çətinliklərlə nəticələnə bilər. Yeni gəlmiş xarici sahibkarlar üçün daha real və tətbiq edilə bilən sahələrə fokuslanmaq tövsiyə olunur. Başlanğıc mərhələsində həm onlayn, həm də oflayn modellərlə kiçik miqyasda fəaliyyətə başlamaq daha məqsədəuyğundur.

Onlayn sahələrdə tərcümə və lokalizasiya xidmətləri, kontent istehsalı, e-ticarət vasitəçiliyi və İT xidmətləri perspektivli istiqamətlər hesab olunur. Xüsusilə qlobal bazara yönəlmiş rəqəmsal xidmətlər xarici sahibkarlar üçün mühüm imkanlar yarada bilər. Oflayn fəaliyyətlərdə isə dil və mədəniyyət yönümlü təlimlər, icma əsaslı layihələr və beynəlxalq əlaqələrə əsaslanan xidmət modelləri daha uyğun sayılır. Ümumilikdə, ilkin mərhələdə çevik və kiçik layihələrlə başlamaq, daha sonra onlayn və oflayn fəaliyyətləri birləşdirərək biznesi böyütmək ən sağlam yanaşma kimi qiymətləndirilir.

Koreyada müxtəlif dövlət proqramları, institutlar və təşviq mexanizmləri mövcuddur. Lakin bu dəstəklər avtomatik təqdim olunmur. Hər bir proqram üçün ciddi qiymətləndirmə və müraciət prosesi tələb olunur. Dövlət orqanları biznesin strukturu, şəffaflığı və davamlılığına xüsusi önəm verir. Xərclərə gəldikdə, xüsusilə Seul kimi böyük şəhərlərdə biznes fəaliyyəti yüksək maliyyə tələb edə bilər. İcarə haqqı, işçi qüvvəsi və inzibati xərclər Asiya regionu üzrə orta göstəricilərdən yüksək ola bilər. Bununla yanaşı, Koreya iqtisadi və hüquqi sisteminin sabitliyi uzunmüddətli planlaşdırma baxımından ciddi üstünlükdür".

"Koreya bazarı asan bazar deyil. Lakin hüquqi qaydalara uyğun, planlı və strateji yanaşma ilə burada stabil fəaliyyət göstərmək mümkündür. Emosional qərarlardan çəkinmək, sistemli düşünmək və səbirli olmaq uğur üçün əsas şərtlərdir.

Qeyd edək ki, Korever Company olaraq Koreyada biznes qurmaq istəyən xarici şirkətlərə və sahibkarlara dəstək göstəririk. Koreya bazarının öyrənilməsi, hüquqi və inzibati prosedurların düzgün başa düşülməsi və yerli sistemə uyğun fəaliyyət üçün tərəfdaşlarımızla birgə işləyirik. Koreyada biznes qurmaq mümkündür - lakin bu, yalnız planlı və düzgün yanaşma ilə uğur gətirə bilər", - deyə R.Əhmədova əlavə edib. 

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Sosial media nəhənglərinə qarşı tarixi iddia: Uşaqlar üçün "asılılıq maşını"

10.02.2026

Milyarder investor Tomas Kaplanın zəngin və xoşbəxt həyat üçün 3 tövsiyəsi

10.02.2026

22 ildir ofisdə pişik saxlayırlar - İşçilər deyirlər ki, bu, onlara yaxşı təsir edir

10.02.2026

2026-cı ilin süni intellekt trendləri - 5 əsas sahə

10.02.2026

ChatGPT-nin cavablarındakı sirr: "Yaşanmış təcrübələrə əsaslanır"

10.02.2026

Xərcləmə vərdişlərinizi necə təhlil etməli?

10.02.2026

Elon Maskın ən uğurlu investisiyalarından öyrənə biləcəyiniz dərslər

10.02.2026

Xartiya: Azərbaycan və ABŞ əməkdaşlığın 5 əsas məqsədini müəyyənləşdirib

10.02.2026

Ərəb Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib

10.02.2026

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

10.02.2026

İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başa çatıb - YENİLƏNİB

10.02.2026

Bakıda daha bir marşrut üzrə avtobuslar yenilənib

10.02.2026

"Azərenerji" 43 milyon manatlıq tender elan edib

10.02.2026

ABŞ-ın BMT-yə 4 milyard dollar borcu var

10.02.2026

"ChatGPT"də reklamlar görməyə hazır olun

10.02.2026

Dövlət Agentliyinə yeni sədr müavinləri təyin edilib

10.02.2026

MrBeast yeniyetmələrə yönəlmiş bank tətbiqini alır

10.02.2026

“Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti”ndə yeni TƏYİNAT - FOTO

10.02.2026

Bu məhsulun idxalı 155 milyon dollara, ixracı isə 14 milyon dollara həyata keçirilib

10.02.2026

Pensiya artımları belə hesablanacaq

10.02.2026

Məzənnə

Yüklənir...