"ChatGPT"də reklamlar görməyə hazır olun

Redaktor

10.02.2026 17:45
39

"ChatGPT"də reklamlar görməyə hazır olun

"OpenAI" "ChatGPT"də reklamları test etməyə başlayıb.

Valyuta.az xəbər verir ki, "OpenAI" "ABŞ"də "ChatGPT" platformasında reklamların göstərilməsi ilə bağlı test mərhələsinə start verib. Test yalnız "Free" və "Go" planlarından istifadə edən yetkin istifadəçiləri əhatə edir. "Plus", "Pro", Business, Enterprise və Education planlarında reklam olmayacaq.

Şirkət bildirir ki, reklamlar söhbət cavablarına təsir etməyəcək, həmişə “sponsorlu” etiketi ilə göstəriləcək və orqanik cavablardan vizual olaraq fərqləndiriləcək. Reklam seçimi söhbət mövzusu və əvvəlki reklam qarşılıqlı əlaqələri kimi siqnallara əsaslanacaq.

"OpenAI" vurğulayır ki, reklam verənlərin istifadəçilərin söhbət məzmununa və şəxsi məlumatlarına çıxışı yoxdur. Onlara yalnız ümumiləşdirilmiş görüntülənmə və klik məlumatları təqdim edilir. İstifadəçilər isə reklam ayarlarını idarə edə və reklam tarixçəsini silə bilirlər.

Şirkət qeyd edir ki, 18 yaşdan aşağı istifadəçilərə reklam göstərilməyəcək, eləcə də sağlamlıq, psixi sağlamlıq və siyasət kimi həssas mövzuların yanında reklam yer almayacaq. Testin məqsədi istifadəçi rəyləri əsasında reklam təcrübəsini qiymətləndirməkdir.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...