Redaktor
Xartiya: Azərbaycan və ABŞ əməkdaşlığın 5 əsas məqsədini müəyyənləşdirib
Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində ikitərəfli əməkdaşlığın beş əsas məqsədini müəyyənləşdirib.
Valyuta.az xəbər verir ki, bu barədə bu gün Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-nin vitse-prezidenti Cey Di Vens tərəfindən imzalanmış Xartiyanın mətnində deyilir.
Sənəddə o cümlədən deyilir:
- Azərbaycan və ABŞ ikitərəfli münasibətlərin əsası kimi bir-birinin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına dəstəyi təsdiqləyirlər.
- Strateji Tərəfdaşlıq Xartiyasının işlənib hazırlanması üzrə İşçi qrupunun yaradılması barədə Azərbaycan və ABŞ hökumətləri arasında 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış Anlaşma Memorandumundan çıxış edirlər;
- Qarşılıqlı maraq və ümumi fayda verən sahələrdə, o cümlədən regional bağlılıq, iqtisadi investisiyalar və təhlükəsizlik əməkdaşlığı sahələrində strateji tərəfdaşlığın vacibliyini təsdiqləyirlər;
- Diplomatik, iqtisadi, enerji, texnoloji və təhlükəsizlik sahələri də daxil olmaqla, qarşılıqlı maraq doğuran məsələlərdə münasibətləri möhkəmləndirmək istəyini vurğulayırlar;
- Strateji tərəfdaşlığın və dərinləşdirilmiş əməkdaşlığın planlanması və həyata keçirilməsinə yalnız dövlət orqanlarının deyil, həm də hər iki ölkənin özəl sektorunun cəlb olunmasının vacibliyini təsdiqləyirlər.
Əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi regional bağlılıq və enerji təhlükəsizliyi seçilib. Xüsusilə, Bakı və Vaşington Orta dəhlizin inkişafına diqqət yetirməklə iqtisadi artıma və regional bağlılığa kömək etmək məqsədilə əməkdaşlığı genişləndirmək niyyətindədirlər.
Bundan sonra sənəddə, o cümlədən süni intellekt və rəqəmsal infrastruktur sahəsinə investisiyaların əhəmiyyəti qeyd olunur. Beləliklə, Azərbaycan və ABŞ iqtisadi artımı stimullaşdırmaq, investisiyaları təşviq etmək və ikitərəfli biznes mühitini yaxşılaşdırmaq məqsədilə əməkdaşlığı genişləndirmək niyyətindədirlər.
Təhlükəsizlik sahəsində əməkdaşlığa gəldikdə - Cənubi Qafqazda sülh hər iki ölkənin ümumi maraqlarına cavab verir, iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq həm ikitərəfli, həm də beynəlxalq və regional təhlükəsizliyin möhkəmlənməsinə kömək edir.
Bundan sonra institusional əməkdaşlıq məsələsinə diqqət yetirilir: Azərbaycan və ABŞ fəaliyyət göstərən strateji tərəfdaşlıq mexanizmi çərçivəsində əməkdaşlığın əsas istiqamətləri, o cümlədən iqtisadiyyat və ticarət, enerji, bağlılıq, süni intellekt və rəqəmsal inkişaf, həmçinin təhlükəsizlik və müdafiə üzrə işçi qrupları yarada bilərlər.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərXərcləmə vərdişlərinizi necə təhlil etməli?
10.02.2026Elon Maskın ən uğurlu investisiyalarından öyrənə biləcəyiniz dərslər
10.02.2026Xartiya: Azərbaycan və ABŞ əməkdaşlığın 5 əsas məqsədini müəyyənləşdirib
10.02.2026Ərəb Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
10.02.2026Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
10.02.2026İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başa çatıb - YENİLƏNİB
10.02.2026Bakıda daha bir marşrut üzrə avtobuslar yenilənib
10.02.2026"Azərenerji" 43 milyon manatlıq tender elan edib
10.02.2026ABŞ-ın BMT-yə 4 milyard dollar borcu var
10.02.2026"ChatGPT"də reklamlar görməyə hazır olun
10.02.2026Dövlət Agentliyinə yeni sədr müavinləri təyin edilib
10.02.2026MrBeast yeniyetmələrə yönəlmiş bank tətbiqini alır
10.02.2026“Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti”ndə yeni TƏYİNAT - FOTO
10.02.2026Bu məhsulun idxalı 155 milyon dollara, ixracı isə 14 milyon dollara həyata keçirilib
10.02.2026Pensiya artımları belə hesablanacaq
10.02.2026