Redaktor
Pensiya artımları belə hesablanacaq
Prezident İlham Əliyevin imzaladığı "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncam ilə bütün növ əmək pensiyaları indeksləşdirilərək artırıldı.
Valyuta.az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, qanunvericiliyə əsasən, vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur.
Onun sözlərinə görə, bu zaman indeksləşdirmə pensiya məbləğinə tam olaraq şamil edilərək artım hesablanır:
"Artımın hesablanması formulası belədir: Pensiya məbləği X İndeksasiya faizi = Artırılmış məbləğ. Məsələn, pensiyası 550 manat olan vətəndaşımız üçün artım faizi belə hesablanacaq: 550 manat X 9.3 % = 51.15 manat. Yəni, vətəndaşımızın pensiya məbləği artımdan sonra 601.15 manat olacaq.Və ya, 400 manat pensiya alan vətəndaşımız üçün artım belə hesablanır: 400 manat X 9.3 % = 37.2 manat. Bu halda yeni pensiya məbləği 437.2 manat olacaq. Yəni, məbləğindən asılı olmayaraq hər bir pensiya tam olaraq indeksasiya faizi nəzərə alınmaqla artırılacaq".
Deputat qeyd edib ki, indeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. "Əmək pensiyaları haqqında" qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub:
"Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa onun pensiya məbləğinə artım hesablanacaq".
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başlayıb
10.02.2026Bakıda daha bir marşrut üzrə avtobuslar yenilənib
10.02.2026"Azərenerji" 43 milyon manatlıq tender elan edib
10.02.2026ABŞ-ın BMT-yə 4 milyard dollar borcu var
10.02.2026"ChatGPT"də reklamlar görməyə hazır olun
10.02.2026Dövlət Agentliyinə yeni sədr müavinləri təyin edilib
10.02.2026MrBeast yeniyetmələrə yönəlmiş bank tətbiqini alır
10.02.2026“Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti”ndə yeni TƏYİNAT - FOTO
10.02.2026Bu məhsulun idxalı 155 milyon dollara, ixracı isə 14 milyon dollara həyata keçirilib
10.02.2026Pensiya artımları belə hesablanacaq
10.02.2026
Bazar günü işə gəlməyən işçi işdən çıxarıla bilər? - Hüquqşünas açıqladı
10.02.2026Yeni nazir kimdir? - DOSYE
10.02.2026Prezident yeni nazir təyin etdi
10.02.2026Bank kartından 5 min dollar oğurlayanlar həbs edildi
10.02.2026Prezidentin yeni təyin etdiyi sədr kimdir? - FOTO; DOSYE
10.02.2026"Azərişıq"dan 15 milyonluq tender
10.02.2026Birbank Biznes-in Visa Sahibkar kartı indi tamamilə pulsuz və yeni dizaynda ®
10.02.2026
Banklar debet kartları üzrə neçə faiz keşbek verir?
10.02.2026Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10.02.2026