Redaktor
Yeni nazir kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Rəşad Sahil oğlu İsmayılov Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilib.
Rəşad İsmayılov Bakı Dövlət Universitetinin “hüquqşünaslıq” ixtisası üzrə bakalavr və magistr pillələrində təhsil alıb. Əmək fəaliyyətinə 2000-ci ildə “Zəhmət” kiçik müəssisəsində hüquqşünas kimi başlayıb. 2005-2006-cı illərdə “Star LTD” MMC-də hüquqşünas, 2006-cı ildə Azərbaycan Respublikası Auditorlar Palatası Gəncə şəhər Auditor təşkilatında hüquqşünas-mütəxəssis, 2006-2009-cu illərdə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Hüquq şöbəsində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi, 2009-cu ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Hüquq şöbəsində böyük hüquq məsləhətçisi olub.
2010-2012-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin Mənzil Kommunal və təmir xidmətində hüquqşünas, 2012-2013-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin Hüquq və təşkilati təminat şöbəsinin Hüquq ekspertiza sektorunun baş məsləhətçisi, 2013-2016-cı illərdə Hüquq və təşkilati təminat Hüquqi ekspertiza sektorunun müdiri, 2016-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaat Agentliyinin Hüquq və nəzarət şöbəsinin müdir müavini, şöbə müdiri olub.
O, 2018-2019-cu illərdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının Hüquq və daxili nəzarət şöbəsinin müdiri, 2019-2024-cü illərdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Aparat rəhbəri vəzifələrində işləmişdir.
Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2024-cü il tarixindən bu günə qədər isə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdir.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başlayıb
10.02.2026Bakıda daha bir marşrut üzrə avtobuslar yenilənib
10.02.2026"Azərenerji" 43 milyon manatlıq tender elan edib
10.02.2026ABŞ-ın BMT-yə 4 milyard dollar borcu var
10.02.2026"ChatGPT"də reklamlar görməyə hazır olun
10.02.2026Dövlət Agentliyinə yeni sədr müavinləri təyin edilib
10.02.2026MrBeast yeniyetmələrə yönəlmiş bank tətbiqini alır
10.02.2026“Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti”ndə yeni TƏYİNAT - FOTO
10.02.2026Bu məhsulun idxalı 155 milyon dollara, ixracı isə 14 milyon dollara həyata keçirilib
10.02.2026Pensiya artımları belə hesablanacaq
10.02.2026
Bazar günü işə gəlməyən işçi işdən çıxarıla bilər? - Hüquqşünas açıqladı
10.02.2026Yeni nazir kimdir? - DOSYE
10.02.2026Prezident yeni nazir təyin etdi
10.02.2026Bank kartından 5 min dollar oğurlayanlar həbs edildi
10.02.2026Prezidentin yeni təyin etdiyi sədr kimdir? - FOTO; DOSYE
10.02.2026"Azərişıq"dan 15 milyonluq tender
10.02.2026Birbank Biznes-in Visa Sahibkar kartı indi tamamilə pulsuz və yeni dizaynda ®
10.02.2026
Banklar debet kartları üzrə neçə faiz keşbek verir?
10.02.2026Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10.02.2026