ABŞ-ın BMT-yə 4 milyard dollar borcu var

Redaktor

10.02.2026 18:00
59

ABŞ-ın BMT-yə 4 milyard dollar borcu var

Birləşmiş Millətlər Təşkilatı (BMT) ABŞ-ın quruma olan təxminən 4 milyard dollarlıq borcunun nə qədərinin və nə vaxt ödəniləcəyini gözlədiyini açıqlayıb.

Valyuta.az-ın məlumatına görə, BMT baş katibinin sözçüsü Stefan Dujarrik bildirib ki, baş katib Antonio Quterriş ilə ABŞ-ın BMT yanında daimi nümayəndəsi Mayk Volts arasında BMT-yə olan borcların ödənməsi məsələsi ilə bağlı uzun müddətdir təmaslar davam edir.

Onun sözlərinə görə, BMT-nin maliyyə məsələlərinə cavabdeh bölməsi də ABŞ rəsmiləri ilə danışıqlar aparır: "Ödənişlərin nə zaman və hansı məbləğdə həyata keçiriləcəyini görməyi gözləyirik".

ABŞ-ın BMT yanında daimi nümayəndəliyi isə prezident Donald Tramp administrasiyasının qarşıdakı həftələrdə borcların bir hissəsi üzrə ilkin ödəniş etməyi planlaşdırdığını, lakin yekun məbləğin hələ müəyyənləşmədiyini bildirib.

BMT rəsmilərinin məlumatına görə, ABŞ-ın təşkilatın müntəzəm büdcəsinə təxminən 2,2 milyard dollar, sülhməramlı əməliyyatlar büdcəsinə isə təxminən 1,8 milyard dollar borcu var.

Antonio Quterriş ötən həftə üzv dövlətlərə ünvanladığı məktubda kifayət qədər ödəniş edilmədiyi təqdirdə BMT-nin müntəzəm büdcəsindəki vəsaitin iyul ayına qədər tükənə biləcəyi barədə xəbərdarlıq etmişdi.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...