Redaktor
Bakıda hansı bizneslər tutmaz?
Bildiyimiz kimi əsasən böyük şəhərlərdə bir çox bizneslər tutur. Buna çoxlu səbəb saymaq olar. Amma bu, böyük şəhərlərdə, paytaxt şəhərlərdə bütün bizneslərin tutacağı anlamına gəlməz. Bəs, Bakıda hansı bizneslər tutmaz, çox getməz? Hansı biznesləri Bakıda açmağa dəyməz?
Valyuta.az-a danışan biznes konsultant Solmaz Yaqubova bildirir ki, bu məsələyə bir neçə aspektdən yanaşmaq olar: "İlk növbədə düşünülməmiş şəkildə açılan kofeşoplar, çay evləri və antikofelər riskli sahələr sırasındadır. Əgər bazara yeni bir konsept, fərqləndirici yanaşma və müştərini sizə bağlayacaq marketinq strategiyası olmadan daxil olunursa, bu sahədə fəaliyyət göstərmək olduqca çətindir. Rəqabət çox güclüdür və bu tip bizneslər çox vaxt qısa müddətdə fəaliyyətini dayandırır”.
Ekspert vurğulayır ki, bazara daxil olmamışdan əvvəl mütləq şəkildə yaxşı bazar araşdırması aparılmalı, dəqiq strategiya və konsept formalaşdırılmalıdır.
S.Yaqubova bərbərxanalar, gözəllik salonları və geyim mağazalarını da Bakı bazarında artıq doymuş sahələr kimi dəyərləndirir: "Bakıda bu istiqamətdə minlərlə biznes mövcuddur. Bu sahədə fəaliyyət göstərmək üçün mütləq görünürlük, brend yanaşması, güclü müştəri bazası və bütün marketinq kanallarından aktiv istifadə vacibdir ki, müştəri axını sizə doğru yönəlsin. Bazarda sizdən qat-qat ucuz qiymətə eyni keyfiyyəti təklif edən çoxsaylı rəqiblər var və bu səbəbdən müəssisə mütləq şəkildə fərqlənməlidir.
Ekspertin fikrincə, yalnız “ən ucuz” strategiyası ilə fəaliyyət göstərən bizneslər də uzunömürlü olmur: “Ən ucuz kursu biz keçiririk, ən ucuz təmiri biz edirik” yanaşması ilə hərəkət edən bizneslər müəyyən müddətdən sonra çətinliklərlə üzləşir. Çünki qarşı tərəf üçün real dəyər yaradılmadıqda davamlı satış əldə etmək mümkün olmur. Müştərilər zamanla ucuz, tez sıradan çıxan və keyfiyyətsiz xidmətlərdən imtina edir, əvəzində münasib qiymətə keyfiyyətli alternativlərə üstünlük verirlər. İnsanların gözündə ucuz, tez xarab olan və fayda verməyən xidmətlər sadəcə boş xərc kimi qəbul olunur”.

Ekspert qeyd edir ki, 90 faiz hallarda “hamı bu biznesi açırsa, mən də açım” prinsipi ilə fəaliyyətə başlayan müəssisələr uğursuzluğa düçar olur. Bunun əsas səbəbi isə bazar araşdırmasının aparılmaması, sahibkarın bilmədiyi sahəyə daxil olması və hədəf auditoriyanın düzgün müəyyən edilməməsidir.
S.Yaqubova spesifik hobbilərə və ya dar hədəf kütləsinə yönəlmiş bizneslərin də risk daşıdığını bildirir: "Məsələn, turistlər üçün açılan mağazalar əsasən mövsümi gəlir gətirir və yalnız müəyyən dövrlərdə qazanc əldə edir. Bu isə hər zaman biznes sahibinə sərf etmir. Üstəlik, bu tip mağazalar adətən mərkəzi ərazilərdə yerləşdiyi üçün icarə xərcləri yüksək olur və ilin bütün aylarında stabil satış təmin etmək çətinləşir".
Ekspert həmçinin şəxsi brend olmadan satılan bəzi xidmətlərə də diqqət çəkir. Onun sözlərinə görə, kouçluq, konsultasiya və təlim xidmətlərində insanlar daha çox brendə yox, konkret şəxsə güvənərək seçim edirlər: "Bu hal kurs sektorunda da açıq şəkildə müşahidə olunur. Artıq kurslar da müəllimlərin şəxsi brendləşməsindən istifadə edərək tələbə kütləsini artırmağa çalışır. Şəxsi brend olmadan satılan xidmətlərin bazarda tutması çətindir və bu, ciddi sistemləşmə, güclü PR və davamlı tanıtım tələb edir”, - deyə o, əlavə edib.
Ekspert sonda tək gəlir mənbəyi olan bizneslərin daha kövrək olduğunu vurğulayır: "Bir neçə gəlir kanalı olan şirkətlər daha dayanıqlıdır. Məsələn, bir kurs mərkəzində eyni anda ingilis dili, Azərbaycan dili və riyaziyyat kursları fəaliyyət göstərə bilər. Bu artıq üç fərqli gəlir kanalı deməkdir. Paralel olaraq otaqların icarəyə verilməsi isə əlavə gəlir mənbəyi yaradır. Lakin yalnız bir yerdən gəlir əldə edən biznesdə həmin kanal bağlanan kimi risk başlayır və biznes sürətlə zəifləyir”, – deyə Solmaz Yaqubova qeyd edir.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başlayıb
10.02.2026Bakıda daha bir marşrut üzrə avtobuslar yenilənib
10.02.2026"Azərenerji" 43 milyon manatlıq tender elan edib
10.02.2026ABŞ-ın BMT-yə 4 milyard dollar borcu var
10.02.2026"ChatGPT"də reklamlar görməyə hazır olun
10.02.2026Dövlət Agentliyinə yeni sədr müavinləri təyin edilib
10.02.2026MrBeast yeniyetmələrə yönəlmiş bank tətbiqini alır
10.02.2026“Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti”ndə yeni TƏYİNAT - FOTO
10.02.2026Bu məhsulun idxalı 155 milyon dollara, ixracı isə 14 milyon dollara həyata keçirilib
10.02.2026Pensiya artımları belə hesablanacaq
10.02.2026
Bazar günü işə gəlməyən işçi işdən çıxarıla bilər? - Hüquqşünas açıqladı
10.02.2026Yeni nazir kimdir? - DOSYE
10.02.2026Prezident yeni nazir təyin etdi
10.02.2026Bank kartından 5 min dollar oğurlayanlar həbs edildi
10.02.2026Prezidentin yeni təyin etdiyi sədr kimdir? - FOTO; DOSYE
10.02.2026"Azərişıq"dan 15 milyonluq tender
10.02.2026Birbank Biznes-in Visa Sahibkar kartı indi tamamilə pulsuz və yeni dizaynda ®
10.02.2026
Banklar debet kartları üzrə neçə faiz keşbek verir?
10.02.2026Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10.02.2026