Xərcləmə vərdişlərinizi necə təhlil etməli?

Redaktor

10.02.2026 20:43
36

Xərcləmə vərdişlərinizi necə təhlil etməli?

Bəzi insanlar maliyyə məsələlərində hər şeyi planlı şəkildə idarə edir, digərləri isə maaşdan-maaaşa yaşamaq məcburiyyətində qalır. Lakin bir çox insan həyatlarının müəyyən bir mərhələsində xərcləmələrinə nəzarət etməyin vaxtı çatdığını anlayır.

Bəlkə evlənmək, borclarını ödəmək və ya ev kimi böyük bir alış üçün qənaət etmək istəyirlər. Bəlkə də maaş artımı alıblar və ya yeni işə başlayıblar və artıq pullarını daha səmərəli şəkildə yönləndirmək istəyirlər. Tanış səslənir? Səbəbi nə olursa olsun, xərclərə nəzarət etməyə başlamaq üçün ən yaxşı vaxt elə indidir. 

Budur, xərcləmə vərdişlərinizi təhlil etməklə bağlı bilməli olduqlarınız:

Rəqəmlərinizi toplayın

Xərcləmə vərdişlərinizi təhlil etməyin ilk addımı, nə qədər pul xərclədiyinizi və bu məbləğin nəyə getdiyini anlamaqdır. Bunun üçün son üç ayda — daha da yaxşısı, son altı ayda — etdiyiniz xərclərə nəzər yetirməlisiniz. Bu, pulunuzun hara getdiyini anlamağa kömək edəcək. Bunun üçün bank çıxarışlarınızı və daim istifadə etdiyiniz kredit kartı çıxarışlarını toplamalısınız. Əgər bank xidmətlərindən onlayn istifadə edirsinizsə, əməliyyatlarınızı birbaşa bir cədvələ köçürmək də mümkündür ki, bu da prosesi asanlaşdırır.

Ödəniş və alışlarınızı kateqoriyalara ayırın

Artıq son 3-6 ayda etdiyiniz bütün ödənişlərin və alışların siyahısı əlinizdədir. İndi isə bu xərclərin hansı məqsədlə edildiyini müəyyənləşdirməlisiniz. Əməliyyatları sonsuz sayda üsulla təsnif etmək mümkündür, lakin bu çox vaxt aparır və bir çox insan məhz bu mərhələdə prosesdən imtina edir.

Əslində isə sizə sadəcə üç əsas kateqoriya lazımdır: ehtiyaclar, istəklər və yığım. Ehtiyaclar dedikdə, mütləq ödənilməli xərclər nəzərdə tutulur — kirayə və ya ipoteka, kommunal xidmətlər, geyim, ərzaq, avtomobil və s.

Yaşamaq üçün zəruri olmayan, amma almaq istədiyiniz məhsul və xidmətlər isə “istəklər” kateqoriyasına daxildir. Buraya tətil, restoran xərcləri, əyləncə, hədiyyələr və s. daxildir. Narahat olmayın — bunlardan tamamilə imtina etməlisiniz deyə bir qayda yoxdur, sadəcə onları nəzərə almalısınız.

Üçüncü kateqoriya isə yığım və borc ödənişləridir. Bu iki anlayışın bir yerdə verilməsi qəribə görünə bilər. Axı kredit kartı borcu da ehtiyac deyilmi? Düzdür, bu borclar ödənilməlidir, lakin burada əsas məsələ — nə üçün bu borcun yarandığını ayırd etməkdir. Əgər ərzaq alışını kredit kartı ilə etmisinizsə, bu xərclər ehtiyaclara aiddir. Lakin kredit kartında qalan balansın ödənilməsi borc ödənişi kimi qeydə alınmalıdır.

Borc ödənişi ilə yığımın bir kateqoriyada olması səbəbsiz deyil: borcun bağlanması uzunmüddətli qənaət deməkdir. Borclar ödənildikdən sonra isə həmin vəsaiti birbaşa yığıma yönləndirmək olar.

50/30/20 qaydasından istifadə edin

Xərclərinizi bu üç əsas kateqoriyaya böldükdən sonra, pulunuzu düzgün sahələrə xərcləyib-xərcləmədiyinizi təhlil etməlisiniz. Aylıq “əldə qalan” gəlirə əsaslanaraq ehtiyaclara, istəklərə və yığıma nə qədər faiz ayırdığınızı müəyyən edin. Bu mərhələdə 50/30/20 qaydasına əsaslana bilərsiniz:

50% ehtiyaclara

30% istəklərə

20% isə yığıma yönəldilməlidir.

Əgər istəklərə 40% xərclədiyinizi görürsünüzsə, nəyi azalda biləcəyinizə baxın. Ehtiyaclar 50%-dən artıqdırsa, məsələn, kommunal xərcləri azaltmağın və ya daha qənaətli bir avtomobil seçməyin yollarını düşünün.

Büdcə tətbiqi ilə nəzarətdə qalın

Xərcləmə analizini etdikdən və 50/30/20 hədəfinə çatmaq üçün hansı dəyişikliklərin lazım olduğunu müəyyənləşdirdikdən sonra, bu xərcləri nəzarətdə saxlamaq vacibdir. Büdcə tətbiqləri bu baxımdan çox faydalıdır.

Ən yaxşı büdcə tətbiqi, sizin uzun müddət istifadə edə biləcəyiniz tətbiqdir. Bu səbəbdən bir neçəsini sınaqdan keçirib hansının sizə daha uyğun olduğunu müəyyənləşdirin.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

ChatGPT-nin cavablarındakı sirr: "Yaşanmış təcrübələrə əsaslanır"

10.02.2026

Xərcləmə vərdişlərinizi necə təhlil etməli?

10.02.2026

Elon Maskın ən uğurlu investisiyalarından öyrənə biləcəyiniz dərslər

10.02.2026

Xartiya: Azərbaycan və ABŞ əməkdaşlığın 5 əsas məqsədini müəyyənləşdirib

10.02.2026

Ərəb Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib

10.02.2026

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

10.02.2026

İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başa çatıb - YENİLƏNİB

10.02.2026

Bakıda daha bir marşrut üzrə avtobuslar yenilənib

10.02.2026

"Azərenerji" 43 milyon manatlıq tender elan edib

10.02.2026

ABŞ-ın BMT-yə 4 milyard dollar borcu var

10.02.2026

"ChatGPT"də reklamlar görməyə hazır olun

10.02.2026

Dövlət Agentliyinə yeni sədr müavinləri təyin edilib

10.02.2026

MrBeast yeniyetmələrə yönəlmiş bank tətbiqini alır

10.02.2026

“Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti”ndə yeni TƏYİNAT - FOTO

10.02.2026

Bu məhsulun idxalı 155 milyon dollara, ixracı isə 14 milyon dollara həyata keçirilib

10.02.2026

Pensiya artımları belə hesablanacaq

10.02.2026
Bazar günü işə gəlməyən işçi işdən çıxarıla bilər? - Hüquqşünas açıqladı

Bazar günü işə gəlməyən işçi işdən çıxarıla bilər? - Hüquqşünas açıqladı

10.02.2026

Yeni nazir kimdir? - DOSYE

10.02.2026

Prezident yeni nazir təyin etdi

10.02.2026

Bank kartından 5 min dollar oğurlayanlar həbs edildi

10.02.2026

Məzənnə

Yüklənir...