ChatGPT-nin cavablarındakı sirr: "Yaşanmış təcrübələrə əsaslanır"

Redaktor

10.02.2026 21:22
48

ChatGPT-nin cavablarındakı sirr: "Yaşanmış təcrübələrə əsaslanır"

ABŞ-da aparılan araşdırma ChatGPT-yə ünvanlanan suallara verilən cavabların arxasında duran əsas məqamları üzə çıxarıb.

Valyuta.az xəbər verir ki, "Washington Post"un yazdığına görə, internet illərdir “sadə” və ya “axmaq” kimi qiymətləndirilən suallarla mövcuddur. İstifadəçilər onilliklər ərzində forumlarda, sosial media platformalarında və axtarış sistemlərində bu tip sualları verməyə davam ediblər. Dəyişən isə sualların özündən çox, onların harada və necə verilməsi olub.

Süni intellekt əsaslı çat-botlar və axtarış alətləri, xüsusilə ChatGPT kimi tətbiqlər istifadəçilər üçün yeni bir “təhlükəsiz məkan” yaradıb. Bu platformalarda insanlar bilmədiklərini başqa insanlara etiraf etmədən sual verə bilirlər. Süni intellekt pəncərəsində onların bilgisizliyinə şahidlik edəcək və ya mühakimə edəcək real insan yoxdur.

Lakin mütəxəssislər sualların insanlardan uzaqlaşıb avtomatlaşdırılmış sistemlərə yönəlməsinin müəyyən itkilərə yol aça biləcəyinə diqqət çəkirlər.

"Cavablar yaşanmış təcrübələrə əsaslanır"

Kolorado Boulder Universitetinin İnformasiya Elmləri Bölməsinin müəllimi, dosent Keysi Fisler mövzu ilə bağlı deyib ki, sadə bir suala vaxtilə eyni sualı vermiş ola biləcək başqa insanlardan cavab almağın xüsusi dəyəri var. Onun sözlərinə görə, bu cavablar yaşanmış təcrübələrə əsaslanır.

"OpenAI" məlumatlarına əsasən, ChatGPT-də aparılan söhbətlərin təxminən 49 faizi sual vermək üzərində qurulub. Süni intellekt alətlərinin gündəlik həyatda getdikcə daha çox istifadə edildiyini vurğulayan mütəxəssislər, buna baxmayaraq, bu sistemlərin bəzən yanlış cavablar verə bildiyini qeyd edirlər.

“Empati quran xüsusiyyətlər yoxdur”

Fisler süni intellektdən alınan cavabların insan qarşılıqlı əlaqəsinin təqdim etdiyi bəzi ünsürlərdən məhrum olduğunu bildirib. Onun sözlərinə görə, empati quran, öz səhvlərindən dərs çıxararaq məsləhət verən və ya “tək deyilsən” hissi yaradan insani xüsusiyyətlər bu cavablarda yoxdur. Halbuki insanlara sual vermək çox vaxt daha geniş müzakirələrin yaranmasına və icma bağlarının möhkəmlənməsinə səbəb olur.

Çoxsaylı cavablar daha etibarlı sayılır

Mütəxəssislərin fikrincə, süni intellektdən alınan tək bir cavab insanlardan əldə edilən çoxsaylı cavablar qədər etibarlı olmaya bilər. Məsələn, “Reddit” kimi platformalarda istifadəçilər fərqli cavabları müqayisə edərək dəyərləndirmə apara bilirlər. Süni intellekt sistemləri isə adətən yalnız bir cavab təqdim edir və qeyri-müəyyən hallarda bunu açıq şəkildə göstərməyə bilər.

"OpenAI" ötən il dərc etdiyi bloq yazısında çat-botların qiymətləndirmə üsullarının “qeyri-müəyyənlik qarşısında dürüstlükdən daha çox təxmin etməyi təşviq edə bildiyini” etiraf etmişdi.

Sual-cavab mədəniyyətinin tarixi

Fisler istifadəçilərin süni intellekt cavablarına həddindən artıq etibar edə biləcəyini də vurğulayıb. Onun sözlərinə görə, tədqiqatlar “avtomatlaşdırma meyli” kimi tanınan, maşından gələn hər cavabı doğru qəbul etmə tendensiyasına diqqət çəkir.

İnternetdə sual-cavab mədəniyyətinin tarixi 2000-ci illərin əvvəllərinə gedib çıxır. "Google Answers", "Yahoo Answers" və "Ask MetaFilter" kimi platformalar istənilən mövzuda sual verilə bilən məkanlar yaradıb. Bu platformalarda yer alan bəzi suallar zamanla internet mədəniyyətinin bir hissəsinə çevrilib.

Mütəxəssislərə görə, bu gün də "Reddit", "Quora" və müxtəlif sosial media qruplarında istifadəçilər suallarını insanlara yönəltməyə davam edirlər. Lakin həmin məkanlarda süni intellektdən köçürülmüş cavabların artması “tamamilə insani cavablara” çıxışı getdikcə çətinləşdirir.

Fisler vurğulayıb ki, bir "Facebook" qrupunda və ya "Reddit"də sual verməyin bir səbəbi var: sualı məhz insanlara ünvanlamaq istəyi. Onun fikrincə, insan qarşılıqlı əlaqəsi hələ də əvəzolunmaz olaraq qalır.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

22 ildir ofisdə pişik saxlayırlar - İşçilər deyirlər ki, bu, onlara yaxşı təsir edir

10.02.2026

2026-cı ilin süni intellekt trendləri - 5 əsas sahə

10.02.2026

ChatGPT-nin cavablarındakı sirr: "Yaşanmış təcrübələrə əsaslanır"

10.02.2026

Xərcləmə vərdişlərinizi necə təhlil etməli?

10.02.2026

Elon Maskın ən uğurlu investisiyalarından öyrənə biləcəyiniz dərslər

10.02.2026

Xartiya: Azərbaycan və ABŞ əməkdaşlığın 5 əsas məqsədini müəyyənləşdirib

10.02.2026

Ərəb Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib

10.02.2026

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

10.02.2026

İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başa çatıb - YENİLƏNİB

10.02.2026

Bakıda daha bir marşrut üzrə avtobuslar yenilənib

10.02.2026

"Azərenerji" 43 milyon manatlıq tender elan edib

10.02.2026

ABŞ-ın BMT-yə 4 milyard dollar borcu var

10.02.2026

"ChatGPT"də reklamlar görməyə hazır olun

10.02.2026

Dövlət Agentliyinə yeni sədr müavinləri təyin edilib

10.02.2026

MrBeast yeniyetmələrə yönəlmiş bank tətbiqini alır

10.02.2026

“Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti”ndə yeni TƏYİNAT - FOTO

10.02.2026

Bu məhsulun idxalı 155 milyon dollara, ixracı isə 14 milyon dollara həyata keçirilib

10.02.2026

Pensiya artımları belə hesablanacaq

10.02.2026
Bazar günü işə gəlməyən işçi işdən çıxarıla bilər? - Hüquqşünas açıqladı

Bazar günü işə gəlməyən işçi işdən çıxarıla bilər? - Hüquqşünas açıqladı

10.02.2026

Yeni nazir kimdir? - DOSYE

10.02.2026

Məzənnə

Yüklənir...