Redaktor
2026-cı ilin süni intellekt trendləri - 5 əsas sahə
ABŞ-ın "Forbes" jurnalı 2026-cı ildə iş dünyası liderlərinin strategiyalarına yön verəcək süni intellekt (Al) trendlərini yayımlayıb.
Valyuta.az xəbər verir ki, hazırlanan siyahıda qlobal texnologiya nəhənglərinin yanında regional dinamiklərə diqqət yetirən platformalar da ön plana çıxır.
Məqalədə vurğulanır ki, süni intellekt alətləri artıq sadə bir təcrübə olmaqdan çıxaraq geniş istifadəçi ekosisteminə çevrilib. "Forbes"a görə, 2026-cı ilin ən diqqətəlayiq beş trendi bunlardır:
1. Süni intellektin iş gücünə inteqrasiyası
2. Süper tətbiqlərin yüksəlişi
3. Yaradıcılıq mediyasının informasiya istehsalına təsiri
4. Fiziki infrastrukturla inteqrasiya
5. Çoxqütblü süni intellekt iqtisadiyyatının formalaşması
Bu prosesdə platformaların yalnız texnoloji gücü ilə deyil, istifadəçiyə təqdim etdikləri nəzarət mexanizmləri və yerli təcrübə ilə də rəqabət edəcəyi qeyd olunur.

Siyahıda "OpenAI", "Google" və "Microsoft" kimi ABŞ mərkəzli nəhənglərin yanında yerli dil və mədəniyyətə uyğunlaşdırılmış regional nümunələr də yer alıb.
Qiymətləndirmə nəticələri göstərir ki, süni intellektin qlobal yayılmasında yerli adaptasiya və ekosistem inteqrasiyası texnoloji imkanlar qədər kritik rol oynayır. Türkiyənin bu siyahıda yer alması, bazarın yalnız texnologiya istehlakçısı olmaqdan çıxaraq, istifadəçi təcrübəsi və yerli strategiyalarla qlobal süni intellekt gündəminə inteqrasiya edildiyini göstərir.
Paşa Məmmədli