Sosial media nəhənglərinə qarşı tarixi iddia: Uşaqlar üçün "asılılıq maşını"

Redaktor

10.02.2026 23:48
30

Sosial media nəhənglərinə qarşı tarixi iddia: Uşaqlar üçün "asılılıq maşını"

Dünyanın ən böyük sosial media şirkətləri uşaqlarda asılılıq yaradan mexanizmlər hazırladıqları və gənclərin psixi sağlamlığına mənfi təsir göstərdikləri iddiası ilə Los-Ancelesdə baxılan tarixi məhkəmə işində mühakimə olunurlar. 

Valyuta.az xəbər verir ki, iddiada "Meta" və “YouTube” irəli sürülən ittihamları rədd edir, lakin Mark Zakerberq və digər yüksək vəzifəli rəhbərlərin məhkəmədə ifadə verməsi gözlənilir.

Los-Anceles Ali Məhkəməsində keçirilən proses sosial media platformalarının xüsusilə uşaqlar üzərində yaratdığı psixoloji təsirləri diqqət mərkəzinə gətirir. İddiaçılar hesab edirlər ki, bu platformalar uşaqların və yeniyetmələrin uzun müddət ekrana bağlı qalması üçün məqsədli şəkildə “asılılıq mexanizmləri” dizayn ediblər.

Məhkəməni izləyən valideynlər adından çıxış edən Ellen Rum amerikalı və britaniyalı ailələrin ortaq ağrı yaşadığını bildirib. Onun sözlərinə görə, sosial medianın yaratdığı zərərlər nəticəsində çox sayda uşaq həyatını itirib və bu, qlobal miqyaslı problemdir.

İddianın mərkəzində uşaqlıq dövründə sosial media asılılığı səbəbindən ciddi psixi sağlamlıq problemləri yaşadığını bildirən Kaley G.M. dayanır. İddia tərəfi “Meta” və “YouTube”un asılılıq yaradan mexanizmləri bilərəkdən və məqsədli şəkildə hazırladığını vurğulayır. İddiaçıların vəkili sonsuz sürüşdürmə, avtomatik oynatma və “bəyənmə” düymələri kimi funksiyaların uşaqları ekrana bağlamaq məqsədi daşıdığını qeyd edib.

Məhkəməyə təqdim olunan sənədlər arasında “Meta”nın baş icraçı direktoru Mark Zakerberqin 2015-ci ildə yazdığı elektron məktub da yer alır. Həmin məktubda istifadəçilərin platformada keçirdiyi vaxtın 12 faiz artırılmasının hədəf kimi qoyulduğu bildirilir.

Şirkətlər isə ittihamları qəbul etmir. Müdafiə tərəfi iddiaçının yaşadığı psixi problemlərin sosial mediadan deyil, ailədaxili gərginlik və laqeydlikdən qaynaqlandığını irəli sürür. Bundan əlavə, şirkətlər yalnız platforma rolunu oynadıqlarını və üçüncü tərəf məzmununa görə hüquqi məsuliyyət daşımalı olmadıqlarını bildirirlər.

Məhkəmədə çıxış edən Corc Nikolau isə oğlunun sosial media üzərindən hədəfə alındığını və təhdid edildiyini deyib. O, yaşadıqları faciədən sonra ədalət axtarışı ilə məhkəməyə müraciət etdiklərini vurğulayıb.

Məhkəmə prosesi çərçivəsində “Meta”nın baş icraçı direktoru Mark Zakerberqin, “Instagram”ın rəhbərinin və “YouTube”un baş direktorunun da ifadə verməsi gözlənilir.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Sosial media nəhənglərinə qarşı tarixi iddia: Uşaqlar üçün "asılılıq maşını"

10.02.2026

Milyarder investor Tomas Kaplanın zəngin və xoşbəxt həyat üçün 3 tövsiyəsi

10.02.2026

22 ildir ofisdə pişik saxlayırlar - İşçilər deyirlər ki, bu, onlara yaxşı təsir edir

10.02.2026

2026-cı ilin süni intellekt trendləri - 5 əsas sahə

10.02.2026

ChatGPT-nin cavablarındakı sirr: "Yaşanmış təcrübələrə əsaslanır"

10.02.2026

Xərcləmə vərdişlərinizi necə təhlil etməli?

10.02.2026

Elon Maskın ən uğurlu investisiyalarından öyrənə biləcəyiniz dərslər

10.02.2026

Xartiya: Azərbaycan və ABŞ əməkdaşlığın 5 əsas məqsədini müəyyənləşdirib

10.02.2026

Ərəb Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib

10.02.2026

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

10.02.2026

İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başa çatıb - YENİLƏNİB

10.02.2026

Bakıda daha bir marşrut üzrə avtobuslar yenilənib

10.02.2026

"Azərenerji" 43 milyon manatlıq tender elan edib

10.02.2026

ABŞ-ın BMT-yə 4 milyard dollar borcu var

10.02.2026

"ChatGPT"də reklamlar görməyə hazır olun

10.02.2026

Dövlət Agentliyinə yeni sədr müavinləri təyin edilib

10.02.2026

MrBeast yeniyetmələrə yönəlmiş bank tətbiqini alır

10.02.2026

“Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti”ndə yeni TƏYİNAT - FOTO

10.02.2026

Bu məhsulun idxalı 155 milyon dollara, ixracı isə 14 milyon dollara həyata keçirilib

10.02.2026

Pensiya artımları belə hesablanacaq

10.02.2026

Məzənnə

Yüklənir...