“Bəzən işçilər bir-birini qısqana bilər, amma bu, qeyri-sağlam rəqabət sayılmır"

Redaktor

10.02.2026 10:50
225

“Bəzən işçilər bir-birini qısqana bilər, amma bu, qeyri-sağlam rəqabət sayılmır" - Ekspert

Bir tərəfdən, iş mühitində daxili rəqabət komandanı gücləndirə və işçiləri daha motivasiyalı edə bilər. Amma bəzilərinin fikrincə, bu rəqabət işçilər arasında paxıllıq, bir-birinə qarşı kin və nifrət yarada, iş mühitində çəkişmələrə səbəb ola bilər. 

Bəs iş mühitində sağlam daxili rəqabət necə yaradılmalıdır?

İnsan Resursları üzrə mütəxəsis İlkin Mirzəzadə Valyuta.az-a bildirir ki, ümumiyyətlə, iş yerində rəqabət vacibdir, lakin bu rəqabət mütləq şəkildə sağlam olmalıdır:

“Sağlam rəqabətin əsasında isə hər bir əməkdaşın yazılı, ölçülə bilən və dəqiq hədəflərə malik olması dayanır. Belə bir mühit formalaşdırılmamalıdır ki, məsələn, kim məhsulu daha çox satdısa, ona xüsusi mükafat verilsin. Əsas məqsəd şəffaf və ədalətli sistem qurmaqdır. İşçi bilməlidir ki, nə qədər satış etsə, bunun qarşılığında nə qədər gəlir əldə edə bilər. Təbii ki, satış yüksək olduqda qazanc da yüksək olacaq, az olduqda isə müvafiq olaraq azalacaq”.

“Ədalətli bölgü prinsipi ilə işləyən dəqiq rəqəmlər sistemi formalaşdırıldıqda, əməkdaşlar özləri sağlam rəqabətə maraq göstərirlər. Belə bir mühitdə kin, nifrət və şəxsi münasibətlər işə təsir etmir. Bəzi hallarda insanlar daxili olaraq narahatlıq, hətta qısqanclıq hiss edə bilərlər. Məsələn, “Niyə mən az satdım, digəri isə daha çox satdı?”. Bu isə insani duyğudur və qeyri-sağlam rəqabət sayılmır. Əsas məsələ düzgün performans sistemi qurmaq, aydın məqsədlər müəyyənləşdirmək və işçiləri şəffaf meyarlarla qiymətləndirməkdir. Bu yolla həm sağlam rəqabət mühiti yaradılır, həm də əməkdaşların daha səmərəli işləməsi təmin olunur” - deyə İ.Mirzəzadə qeyd edir.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Sosial media nəhənglərinə qarşı tarixi iddia: Uşaqlar üçün "asılılıq maşını"

10.02.2026

Milyarder investor Tomas Kaplanın zəngin və xoşbəxt həyat üçün 3 tövsiyəsi

10.02.2026

22 ildir ofisdə pişik saxlayırlar - İşçilər deyirlər ki, bu, onlara yaxşı təsir edir

10.02.2026

2026-cı ilin süni intellekt trendləri - 5 əsas sahə

10.02.2026

ChatGPT-nin cavablarındakı sirr: "Yaşanmış təcrübələrə əsaslanır"

10.02.2026

Xərcləmə vərdişlərinizi necə təhlil etməli?

10.02.2026

Elon Maskın ən uğurlu investisiyalarından öyrənə biləcəyiniz dərslər

10.02.2026

Xartiya: Azərbaycan və ABŞ əməkdaşlığın 5 əsas məqsədini müəyyənləşdirib

10.02.2026

Ərəb Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib

10.02.2026

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

10.02.2026

İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başa çatıb - YENİLƏNİB

10.02.2026

Bakıda daha bir marşrut üzrə avtobuslar yenilənib

10.02.2026

"Azərenerji" 43 milyon manatlıq tender elan edib

10.02.2026

ABŞ-ın BMT-yə 4 milyard dollar borcu var

10.02.2026

"ChatGPT"də reklamlar görməyə hazır olun

10.02.2026

Dövlət Agentliyinə yeni sədr müavinləri təyin edilib

10.02.2026

MrBeast yeniyetmələrə yönəlmiş bank tətbiqini alır

10.02.2026

“Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti”ndə yeni TƏYİNAT - FOTO

10.02.2026

Bu məhsulun idxalı 155 milyon dollara, ixracı isə 14 milyon dollara həyata keçirilib

10.02.2026

Pensiya artımları belə hesablanacaq

10.02.2026

Məzənnə

Yüklənir...