Redaktor
Bankların kredit vermədiyi biznesdə müştərilər şirkətin ortağı oldu- "BrewDog" un uğur hekayəsi
Şotlandiyanın məşhur pivə brendi "BrewDog" un uğur hekayəsi ənənəvi biznes modellərindən fərqlənir.
Valyuta.az xəbər verir ki, şirkətin qurucuları James Watt və Martin Dickie fəaliyyətlərinin ilk illərində maliyyə çatışmazlığı ilə üzləşiblər və banklardan kredit almaqda çətinlik çəkiblər.
2009-cu ildə maliyyə mənbələrinin məhdudlaşması fonunda sahibkarlar qeyri-adi addım ataraq “Equity for Punks” adlı proqramı işə salıblar. Layihə çərçivəsində adi müştərilərə və pivə həvəskarlarına şirkətin səhmlərini almaq imkanı yaradılıb. Bu model sayəsində "BrewDog" ənənəvi investorlar əvəzinə öz müştərilərindən maliyyə cəlb etməyə başlayıb. İlk mərhələdə 1.300-dən çox insan şirkətə investisiya qoyub.
Sonrakı illərdə proqram daha da genişlənib. Müxtəlif mərhələlərdə yüz minlərlə investor "BrewDog" un səhmdarına çevrilib və şirkət bu yolla 100 milyon funt sterlinqdən çox vəsait toplamağa nail olub.
"BrewDog" un uğurunun əsas səbəblərindən biri müştəriləri yalnız alıcı kimi deyil, həm də şirkətin tərəfdarı və ortağı kimi cəlb etməsi olub. Bu yanaşma brendin tanınmasına və sürətli böyüməsinə mühüm töhfə verib.
Bu gün "BrewDog" dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən tanınmış pivə istehsalçılarından biri hesab olunur.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“Cərimələnən şəxs hazırda əməkdaşımız deyil” - “K Group”dan açıqlama - YENİLƏNİB
05.06.2026Provayderlərin Azərbaycanda necə fəaliyyət göstərəcəyi müəyyənləşir
05.06.2026Azərbaycanda uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər müəyyənləşir
05.06.2026"Azərbaycan Dəmir Yolları" 5 ayda sərnişin daşınmasını 16% artırıb
05.06.2026"Tesla" gizli əməliyyat: Köhnə müqavilələrdəki ifadələr dəyişdirilib
05.06.2026App Store üzərindən satışlar 1,4 trilyon dolları keçib
05.06.2026"Qəbələ" klubu 50 min manat mükafat əldə edəcək
05.06.2026Xarici turistlər 4 ayda Azərbaycanda 700 milyon manat xərcləyib
05.06.2026Azərbaycanda brauzer bazarının 81%-i “Chrome”un payına düşür
05.06.2026Azərbaycanlı xanım Qətərdə rəhbər vəzifəyə təyin olunub
05.06.2026