Redaktor
Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib
"Bakı Metropoliteni" QSC qatar parkını genişləndirməkdə davam edir.
QSC-dən Valyuta.az-a bildirilib ki, sərnişin məmnuniyyəti və xidmət keyfiyyətini artırmaq məqsədilə daha bir yeni nəsil qatar istismara verilib.
Ən yeni texnologiyalar əsasında hazırlanmış müasir vaqonlar bu il istismar müddəti başa çatan əvvəlki nəsil qatarın əvəzinə xəttə buraxılıb.
Bununla hazırda xətlərdə olan yeni nəsil qatarların sayı 170 vaqona (34 qatar) çatdırılıb. Sazlama və komplektləşdirmə işləri aparılan daha 10 vaqon 2025-ci ilin sonunadək sərnişindaşımaya cəlb ediləcək.
Ümumilikdə ilin sonunda Bakı metropolitenində 180 yeni vaqon (36 qatar) istismarda olacaq. Dövlət Proqramına uyğun olaraq, 2030-cu ilədək daha 299 yeni nəsil vaqon alınması planlaşdırılır.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərPrezident İlham Əliyev Davosda “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb
20.01.2026Azərbaycan vətəndaşları Türkiyədən nə qədər mənzil alıb?
20.01.20262026-cı ilin ən varlı 10 milyarderi - SİYAHI
20.01.2026İlham Əliyev Davosda İraq Kürdüstan Regionunun baş naziri ilə görüşüb
20.01.2026"ClickHouse" 400 milyon dollar investisiya alıb
20.01.2026Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 mlrd. dollar olub
20.01.2026Bakı metrosunda interval azaldılacaq? - Rəsmi
20.01.2026Stolüstü kompüter istehsalı 52% azalıb
20.01.2026