Redaktor
Bakı Fond Birjasının İdarə Heyətində yeni TƏYİNAT
2025-ci ilin dekabr ayından etibarən Mətin Yolçiyev Bakı Fond Birjası -nın İdarə Heyətinin üzvü seçilib və Baş Əməliyyat inzibatçısı təyin edilib.
Mətin Yolçiyev 2018-ci ilin aprel ayından etibarən Bakı Fond Birjasında fəaliyyətə başlamış, Birjada müxtəlif vəzifələrdə çalışmışdır.
Karyerası ərzində ticarət əməliyyatları və üzvlük proseslərinə rəhbərlik etmiş, Birja və kapital bazarı üzrə həllərin və layihələrin icrasını təmin etmişdir. Hazırda Ticarət və Dəstək, Üzvlük, Analitika və Layihələrin İdarəedilməsi şöbələrinə nəzarət edir.
Fəaliyyəti boyunca qiymətli kağızlar bazarı üzrə ixtisaslaşma proqramlarını tamamlamışdır. Təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində Dünya İqtisadiyyatı ixtisası üzrə bitirmişdir. ADA Universitetinin ikili diplom proqramı çərçivəsində MBA (Maliyyə) üzrə təhsilini davam etdirir.
©Banker.az
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərUorren Baffet bazar enişləri zamanı necə varlı qalır?
02.03.2026Alma ixracından alınan gəlir 1,3 milyon manat artıb
02.03.2026Əmlak sığortası üzrə ödənişlər 22% azalıb
02.03.2026Mərkəzi Bank iki xidmət üzrə satınalma aparır
02.03.2026Avropada qazın qiyməti 500 dolları ötdü
02.03.2026