“AzerGold”un törəmə müəssisələrinin zərəri kəskin artıb - Cəmi 1 rəqəm açıqlanır 

Redaktor

04.08.2025 17:08
430

“AzerGold”un törəmə müəssisələrinin zərəri kəskin artıb - Cəmi 1 rəqəm açıqlanır 

“AzerGold”un törəmə müəssisələrinin zərəri kəskin artıb. 

Valyuta.az xəbər verir ki, “AzerGold” QSC ötən ili müsbət nəticələrlə başa vursa da, törəmə müəssisələri haqqında eyni şeyi demək mümkün deyil. 

Belə ki, maliyyə göstəricilərinə əsasən, “AzerBlast” MMC-nin xalis zərəri ötən il 3 dəfəyə yaxın artıb. Nəticədə 2023-cü ildə 53 min ABŞ dollarından 2024-cü il üçün 1,43 milyon dollara yüksəlib. Digər törəmə şirkət – “Daşkəsən Dəmir Filiz” MMC  mənfəətdən zərərə keçib. Belə ki, MMC 2023-cü ildə 80 min dollar xalis mənfəət əldə etsə də, 2024-cü ili 0,52 milyon dollar xalis zərərlə bitirib. İki təşkilatın ümumi zərəri ötən il 2 milyon dollara yaxın olub. 

Ümumilikdə “Azergold”un konsolidə olunmuş xalis mənfəəti 2023-cü ildəki 27,23 milyon dollardan ötən il 33,02 milyon dollara yüksəlib. 

Maraqlıdır ki, “Azergold” törəmə müəssisələrinin ayrıca audit hesabatları açıqlamır. Yalnız konsolidə olunmuş hesabatda ümumi olaraq şirkətlərlə bağlı bir göstəricini açıqlamaqla kifayətlənir. Halbuki, şəffaflıq və ictimai nəzarət baxımından, xüsusən də zərər açıqlayan törəmə müəssisələrin ayrıca audit hesabatları da açıqlanmalı və ictimaiyyətə təqdim olunmalıdır. Bu, dövlət müəssisələrində səmərəliliyin qiymətləndirilməsi və maliyyə risklərinin aşkarlanması üçün vacibdir.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"AliExpress" 629 milyon dollar cərimələndi

21.07.2026

Tarixin ən qəribə iqtisadi çöküşləri və onların səbəbləri

21.07.2026

Azərbaycanda süni intellektin inkişafı ilə bağlı məsul dövlət qurumları müəyyənləşib

21.07.2026

"Goldman Sachs": Brent markalı neftin qiyməti 120 dolları keçə bilər

21.07.2026

Çinin süni intellekt şirkətinə maraq o qədər artdı ki, yeni abunəliklər dayandırıldı

21.07.2026

"Aqrar Sığorta"nın hər 100 manat yığımına düşən ödənişlər - Aylar üzrə cədvəl

21.07.2026

Bu il 35 “Startap” şəhadətnaməsi verilib

21.07.2026

Avtomobil şirkəti 3 000 manata işçi axtarır

21.07.2026

Azərbaycanda yeni muzey kompleksinin tikintisi planlaşdırılır

21.07.2026

Rabitəbank Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirib

21.07.2026
Şirkətin strategiyasını rəhbər yazmalı, işçilər reallaşdırmalıdır?

Şirkətin strategiyasını rəhbər yazmalı, işçilər reallaşdırmalıdır?

21.07.2026

“ABB İnvest"in dövriyyəsi 4,7 mlrd. manat artıb

21.07.2026

Şakira, Madonna, BTS və Castin Biber Dünya Kubokunun finalından nə qazanıblar?

21.07.2026

Rəhbər niyə evdən işləməyə icazə vermir? - Alimlər əsas səbəbi açıqladı

21.07.2026

Çin avtomobilləri niyə ucuz olur? - Sirri açıqlandı

21.07.2026
"Bank Respublika"nın müştərilərə verdiyi kreditlər 1,7 milyard manatı ötüb

"Bank Respublika"nın müştərilərə verdiyi kreditlər 1,7 milyard manatı ötüb

21.07.2026

2026-cı ilin ən fəal startap investorlarının reytinqi açıqlandı

21.07.2026

İşə başlama və bitirmə saatını işçilər seçə biləcək? - RƏSMİ

21.07.2026

Ali Məhkəmədən işəgötürənlərə xəbərdarlıq: “İşçi xəbər verməmişdi” bəhanəsi keçərsizdir!

21.07.2026

Agentlik 3 süd istehsalçısını araşdırır - SİYAHI

21.07.2026

Məzənnə

Yüklənir...