Azərbaycanın MDB ölkələri ilə ticarətdə əsas tərəfdaşları

Redaktor

21.01.2026 15:40
290

Azərbaycanın MDB ölkələri ilə ticarətdə əsas tərəfdaşları - ÖLKƏLƏR

2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 7 milyard 635 milyon 486 min ABŞ dolları təşkil edib.  

Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu müddətdə MDB  ölkələrinə ixracın həcmi 1 milyard 766 milyon 926 min ABŞ dolları olub ki, bu da ümumi ixracın 7,06%-ni təşkil edir.   

Müqayisə üçün 2024-cü ilin eyni dövründə bu göstərici 1 milyard 698 milyon 415 min ABŞ dolları (ümumi ixracın 6.40%-i) idi. Beləliklə, illik müqayisədə MDB ölkələrinə ixrac 68 milyon 511 min ABŞ dolları artıb.   

İdxala gəlincə, ötən ilin yanvar-dekabr aylarında MDB ölkələrindən idxalın həcmi 5 milyard 868 milyon 560 min ABŞ dolları olub. Bu, ümumi idxalın 24.07%-nə bərabərdir. 2024-cü ilin eyni dövründə isə bu göstərici 5 milyard 230 milyon 668 min ABŞ dolları (ümumi idxalın 24.84%-i) olub. İllik idxal dəyərində MDB ölkələri üzrə 637 milyon 891 min ABŞ dolları həcmində artım qeydə alınıb. 

Ölkələr İxrac (min ABŞ dolları) İdxal (min ABŞ dolları)
Rusiya 1 183 733.74 3 736 477.44
Ukrayna 227 936.54 282 737.07
Qazaxıstan 94 945.35 575 674.80
Belarus 79 091.04 349 077.07
Özbəkistan 76 149.44 719 010.31
Türkmənistan 63 850.83 144 536.37
Qırğızıstan 23 419.54 53 752.91
Tacikistan 11 946.18 1 124.29
Moldova 5 065.28 6 169.97
Ermənistan 788.8 0
21.01.2026

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...