Azərbaycanda son 5 ildə nə qədər təbii qaz istehsal olunub?

Redaktor

13.01.2026 13:35
382

Azərbaycanda son 5 ildə nə qədər təbii qaz istehsal olunub?

Mədənçıxarma sənayesində istehsal olunan əsas məhsullardan biri təbii qazdır. Azərbaycan hər il təbii qaz istehsal edir. Bəs son 5 ildə Azərbaycanda nə qədər təbii qaz istehsal olunub.

Valyuta.az xəbər verir ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 46 milyard 451,3 milyon kub metr təbii qaz istehsal olunub. 2024-cü ilin eyni dövründə isə istehsal həcmi 46 milyard 33 milyon kub metr təşkil edib. Beləliklə, 2025-ci ilin müvafiq dövründə təbii qaz istehsalında 418,3 milyon kub metr, yaxud 0,96% artım qeydə alınıb.

2023-cü ilin yanvar-noyabr aylarında ölkədə 44 milyard 221 milyon kub metr təbii qaz istehsal edilib. Bu göstərici ilə müqayisədə, 2024-cü ilin eyni dövründə istehsal 1 milyard 811,9 milyon kub metr, yaxud 4,09% artıb.

2022-ci ilin ilk 11 ayında təbii qaz istehsalı 42 milyard 498 milyon kub metr olub. 2023-cü ilin eyni dövründə isə istehsal həcmi 1 milyard 723,1 milyon kub metr, yəni 4,05% artım göstərib.

2021-ci ilin yanvar-noyabr aylarında ölkədə 39 milyard 697,5 milyon kub metr təbii qaz istehsal edilib. Bu da 2022-ci ilin eyni dövründə istehsalın 2 milyard 800,5 milyon kub metr, yaxud 7,05% artması deməkdir.

Qeyd edək ki, 2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 33 milyard 348,7 milyon kub metr təbii qaz istehsal olunub. 2021-ci ilin eyni dövründə isə istehsal həcmi 6 milyard 348,8 milyon kub metr, yaxud 19,03% artıb.

İl İstehsal (milyon kub metr) İllik müqayisə Artım (%)
2025 46.451,3 418,3 0,96
2024 46,033 1.811,9 4,09
2023 44.221,1 1.723,1 4,05
2022 42,498 2.800,5 7,05
2021 39.697,5 6.348,8 19,03
13.01.2026

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...