Azərbaycanda gələn ildən "İndi al, sonra ödə" xidməti tətbiq edilə bilər

Redaktor

10.06.2026 19:02
26

Azərbaycanda gələn ildən "İndi al, sonra ödə" xidməti tətbiq edilə bilər

Azərbaycanda gələn ildən etibarən "Buy Now, Pay Later" (İndi al, sonra ödə) xidmətinin istifadəyə verilməsi mümkün ola bilər.

Bunu "Report"a açıqlamasında "Azərbaycan Fintex Assosiasiyası" ("AzFina") İctimai Birliyinin İdarə Heyətinin sədri Edqar Abdullayev deyib.

O bildirib ki, ölkədə fintex sahəsinin inkişafına dair təkliflər müntəzəm qaydada Mərkəzi Banka göndərilir və tənzimləyici orqan sektorla sıx əməkdaşlıq edir:

"Hazırda fintex şirkətləri üçün ən perspektivli sahələrdən biri "Buy Now, Pay Later" (İndi al, sonra ödə) modelinin tətbiqidir. Biz arzu edərdik ki,

Azərbaycanda da "Buy Now, Pay Later" xidməti tətbiq edilsin. Ancaq düşünürəm ki, yerli fintex şirkətlərinin yetkinlik dərəcəsi hələlik buna tam hazır vəziyyətdə deyil. Hazırda rahat şəkildə skoring həyata keçirib bu modeli reallaşdırmaq imkanlarımız kifayət qədər genişlənməyib. Açıq bankçılıq imkanlarının artması və dövlət informasiya sistemləri ilə inteqrasiyaların gücləndirilməsi bu sahədə yeni perspektivlər formalaşdıracaq.

Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR), "mygov", İAMAS (idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi) və sair elektron platformalarla inteqrasiyalar tam şəkildə qurulduqdan sonra fintex şirkətləri yerində mikrokreditlərin təqdim edilməsi və "İndi al, sonra ödə" modellərinin işə salınmasına başlaya biləcəklər. Bu da bizə banklarla müqayisədə əlavə rəqabət üstünlüyü təmin edə bilər.

Eyni zamanda, "InsurTech" məhsullarının, yəni sığorta və fintex xidmətlərinin birlikdə təklif olunması da bazarın genişlənməsinə dəstək verə bilər".

Assosiasiya rəhbəri qeyd edib ki, bütün bu təşəbbüslərin müvəffəqiyyəti hər şeydən əvvəl açıq bankçılıq ekosisteminin formalaşmasından asılıdır.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Xidmətlərdən məmnun turistlərin sayı 41 min nəfər azalıb

10.06.2026

Azərbaycanda gələn ildən "İndi al, sonra ödə" xidməti tətbiq edilə bilər

10.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verilib

10.06.2026

Ən çox şikayət olunan sığorta şirkətləri açıqlandı - SİYAHI

10.06.2026

Azərbaycanda ən çox şikayət olunan 5 bank - SİYAHI

10.06.2026

“Aqrarkredit”in balansındakı 4 milyonluq obyekt hərraca çıxarılır

10.06.2026

Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər ®

10.06.2026

Edqar Abdullayev: "Azərbaycanda fintexlər 2-3 il ərzində bankları geridə qoya bilər"

10.06.2026

Bit bazarında elektrik alətləri satırdı, indi 15 min istifadəçisi olan startap qurub

10.06.2026

AMB banklar üçün yeni indikatorlar hazırlayacaq

10.06.2026

Sosial şəbəkələrdə yaşın təsdiqi üçün bank kartı tələb olunacaq

10.06.2026

Vüqar Behbudov direktoru işdən çıxardı - Yeni təyinat

10.06.2026

Sağalmaz xəstəliklərdən sığorta üzrə yığımlar 2,3 dəfə artıb

10.06.2026

SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində ®

10.06.2026

Məşhur bankadan qızıl üçün bədbin proqnoz: Kəskin eniş siqnalları güclənir

10.06.2026

Fermerlərin kredit faizlərini dövlət ödəyəcək

10.06.2026

"Apple" abunəlik sistemini kökündən dəyişir

10.06.2026

“Biznesdə yüksək risk – yüksək gəlir” qaydası həmişə işləyirmi?

10.06.2026

Zaur Hacılı: Regionda maliyyə təhlükəsizliyi investorların qərarlarına birbaşa təsir göstərir

10.06.2026

Nazir: "Hər il nəşrlərin alınması üçün dövlət 600 min manat xərcləyir"

10.06.2026

Məzənnə

Yüklənir...