Redaktor
AMB banklar üçün yeni indikatorlar hazırlayacaq
Azərbaycan Mərkəzi Bankı (AMB) kommersiya banklarında məlumatların idarə olunması (data governance) çərçivəsində minimum məlumat indikatorları formalaşdırmağı planlaşdırır.
Valyuta.az xəbər verir ki, bunu "Report"a açıqlamasında AMB-nin İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə departamentinin direktoru Elnur Eyvazlı bildirib.
Onun sözlərinə görə, hər bir bank ilk növbədə öz məlumat bazasını tanımalı, hansı məlumatların həssas olduğunu müəyyən etməli və buna uyğun data governance sistemi qurmalıdır:
"Eyni zamanda anti-fraud yanaşması çərçivəsində minimal indikatorlar formalaşdırılacaq. Həmin məlumatlar toplanılmalı və onların əsasında korrelyasiya qaydaları hazırlanmalıdır ki, anti-fraud platformaları anomaliyaları, o cümlədən ödəniş anomaliyalarını aşkarlaya bilsin. Bu təşəbbüs data layihəsi çərçivəsində formalaşdırılmalıdır".