Sosial şəbəkələrdə yaşın təsdiqi üçün bank kartı tələb olunacaq

Redaktor

10.06.2026 15:56
95

Sosial şəbəkələrdə yaşın təsdiqi üçün bank kartı tələb olunacaq

Sosial şəbəkələrdə yaşın yoxlanılması bank kartı (vəsaitin müvəqqəti bloklanması yolu ilə), elektron poçt və mobil nömrə məlumatlarının çarpaz yoxlanılması əsasında həyata keçiriləcək.

Valyuta.az xəbər verir ki, bunu Elektron Təhlükəsizlik Xidmətinin (ETX) Əməkdaşlıq və kommunikasiya sektorunun müdiri Həvva Hüseynli Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin ictimai müzakirəsində deyib.

Onun sözlərinə görə, bu məsələdə bəzi öhdəliklər həm də provayderlərin üzərində düşür:

"Yeniyetmə istifadəçilər üçün asılılıq yaradan "infinite scroll" (sonsuz sürüşdürmə) və videoların avtomatik səsləndirilməsi kimi manipulyativ dizaynların tətbiqi qadağan olunur. Həmçinin valideynlər uşaqların platformada keçirdiyi vaxtı və onlara göstərilən məzmun dairəsini idarə etmək üçün texniki imkanlar (aktiv nəzarət paneli) təqdim etməlidir".

H.Hüseynli bildirib ki, fərdi məlumatlar yalnız yaşın təsdiqi üçün istifadə edilməli və uyğunluq təsdiqlənmədiyi halda dərhal silinməlidir:

"Bu məlumatların kommersiya (reklam) məqsədilə istifadəsi və üçüncü tərəfə ötürülməsi qadağan olunur. Provayderlər zərərli məzmunu aşkar etdikdən sonra maksimum 24 saat ərzində silməli və bu prosesi 24/7 rejimində rəqəmsal həllərlə təmin etməlidirlər".

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bit bazarında elektrik alətləri satırdı, indi 15 min istifadəçisi olan startap qurub

10.06.2026

AMB banklar üçün yeni indikatorlar hazırlayacaq

10.06.2026

Sosial şəbəkələrdə yaşın təsdiqi üçün bank kartı tələb olunacaq

10.06.2026

Vüqar Behbudov direktoru işdən çıxardı - Yeni təyinat

10.06.2026

Sağalmaz xəstəliklərdən sığorta üzrə yığımlar 2,3 dəfə artıb

10.06.2026

SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində ®

10.06.2026

Məşhur bankadan qızıl üçün bədbin proqnoz: Kəskin eniş siqnalları güclənir

10.06.2026

Fermerlərin kredit faizlərini dövlət ödəyəcək

10.06.2026

"Apple" abunəlik sistemini kökündən dəyişir

10.06.2026

“Biznesdə yüksək risk – yüksək gəlir” qaydası həmişə işləyirmi?

10.06.2026

Zaur Hacılı: Regionda maliyyə təhlükəsizliyi investorların qərarlarına birbaşa təsir göstərir

10.06.2026

Nazir: "Hər il nəşrlərin alınması üçün dövlət 600 min manat xərcləyir"

10.06.2026

Sabah 33 dərəcə isti olacaq

10.06.2026

Azərbaycanın xarici dövlət borcu 36 milyon dollar azalıb

10.06.2026

Əhalinin gəlirləri 37,7 milyard manat təşkil edib

10.06.2026

Xarici valyutada ən çox qısamüddətli kredit qoyulan 5 region - CƏDVƏL

10.06.2026

TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan  start verildi  ®

10.06.2026

Əmək müqavilələrinin sayı açıqlandı

10.06.2026

“Azərlotereya” qadın sağlamlığı mövzusunda maarifləndirici görüş təşkil edib

10.06.2026

Mərkəzi Bank rəsmisi: "Ölkədaxili dələduzluq əməliyyatlarında məbləğ, ölkəxarici əməliyyatlarda isə say üstünlük təşkil edir" 

10.06.2026

Məzənnə

Yüklənir...