“Aqrarkredit”in balansındakı 4 milyonluq obyekt hərraca çıxarılır

Redaktor

10.06.2026 17:42
65

“Aqrarkredit”in balansındakı 4 milyonluq obyekt hərraca çıxarılır

“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansında olan bir sıra daşınmaz əmlaklar yenidən hərraca çıxarılır.

Valyuta.az xəbər verir ki, sözügedən əmlaklar artıq üçüncü dəfə satışa təqdim olunur və bu dəfə onların başlanğıc qiyməti 30% aşağı salınıb.

Hərrac 24 iyun 2026-cı il tarixində saat 11:30-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) keçiriləcək.

Satışa çıxarılan əmlaklar əsasən Bakının Nərimanov, Səbail, Yasamal və Xətai rayonlarında yerləşən qeyri-yaşayış sahələrindən ibarətdir.

Ən yüksək başlanğıc qiyməti Bakı şəhəri Nərimanov rayonu, Məmməd Araz küçəsi 95 ünvanında yerləşən 1 078,10 kvadratmetr sahəyə malik qeyri-yaşayış binasına məxsusdur. Obyekt 4 milyon 60 min manat başlanğıc qiymətlə satışa çıxarılır. Hərracda iştirak üçün tələb olunan beh məbləği isə 20 300 manatdır.

Səbail rayonu, Zərifə Əliyeva küçəsi 3 ünvanında yerləşən 412,8 kvadratmetrlik qeyri-yaşayış sahəsi 1 milyon 690 min 500 manat başlanğıc qiymətlə təklif olunur.

Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən iki qeyri-yaşayış sahəsi də hərraca çıxarılıb. Yeni Yasamal yaşayış massivində yerləşən və -2 səviyyədə olan 5 948,3 kvadratmetrlik sahənin başlanğıc qiyməti 770 min manat, -1 səviyyədə yerləşən 5 151,7 kvadratmetrlik sahənin qiyməti isə 828 min 100 manat müəyyən edilib.

Bundan başqa, Xətai rayonu, Cingizxan Kərimov küçəsində yerləşən 1 025,5 kvadratmetrlik qeyri-yaşayış sahəsi 358 min 400 manat başlanğıc qiymətlə satışa çıxarılır.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycanda ən çox şikayət olunan 5 bank - SİYAHI

10.06.2026

“Aqrarkredit”in balansındakı 4 milyonluq obyekt hərraca çıxarılır

10.06.2026

Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər ®

10.06.2026

Edqar Abdullayev: "Azərbaycanda fintexlər 2-3 il ərzində bankları geridə qoya bilər"

10.06.2026

Bit bazarında elektrik alətləri satırdı, indi 15 min istifadəçisi olan startap qurub

10.06.2026

AMB banklar üçün yeni indikatorlar hazırlayacaq

10.06.2026

Sosial şəbəkələrdə yaşın təsdiqi üçün bank kartı tələb olunacaq

10.06.2026

Vüqar Behbudov direktoru işdən çıxardı - Yeni təyinat

10.06.2026

Sağalmaz xəstəliklərdən sığorta üzrə yığımlar 2,3 dəfə artıb

10.06.2026

SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində ®

10.06.2026

Məşhur bankadan qızıl üçün bədbin proqnoz: Kəskin eniş siqnalları güclənir

10.06.2026

Fermerlərin kredit faizlərini dövlət ödəyəcək

10.06.2026

"Apple" abunəlik sistemini kökündən dəyişir

10.06.2026

“Biznesdə yüksək risk – yüksək gəlir” qaydası həmişə işləyirmi?

10.06.2026

Zaur Hacılı: Regionda maliyyə təhlükəsizliyi investorların qərarlarına birbaşa təsir göstərir

10.06.2026

Nazir: "Hər il nəşrlərin alınması üçün dövlət 600 min manat xərcləyir"

10.06.2026

Sabah 33 dərəcə isti olacaq

10.06.2026

Azərbaycanın xarici dövlət borcu 36 milyon dollar azalıb

10.06.2026

Əhalinin gəlirləri 37,7 milyard manat təşkil edib

10.06.2026

Xarici valyutada ən çox qısamüddətli kredit qoyulan 5 region - CƏDVƏL

10.06.2026

Məzənnə

Yüklənir...