Redaktor
“Aqrarkredit”in üç əmlakı satışa çıxarılır - QİYMƏTLƏR
İyunun 2-də “Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatının balansında olan bir sıra əmlaklar hərraca çıxarılacaq.
Valyuta.az xəbər verir ki, рərraca çıxarılan əmlaklardan ikisi Abşeron rayonu, Xırdalan şəhərində, Bakı-Sumqayıt şosesinin 7-ci kilometrliyində yerləşən “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksindədir.
Bunlardan ev 5-də yerləşən Avtodayanacaq-1-in ümumi sahəsi 1624,1 kvadratmetr, start qiyməti 810 min manat, beh məbləği isə 4 050 manat müəyyən edilib.
Həmin kompleksin ev 7-də yerləşən Avtodayanacaq-3 isə 1155,7 kvadratmetr sahəyə malikdir. Obyektin start qiyməti 570 min manat, beh məbləği 2 850 manatdır.
Hərraca çıxarılan digər əmlak Bakı şəhəri, Xətai rayonu, 2944a məhəllə, Xudu Məmmədov küçəsində yerləşən yeraltı dayanacaqdır. Sahəsi 3282,4 kvadratmetr olan obyekt üçün start qiyməti 1 milyon 190 min manat, beh məbləği isə 5 950 manat təyin olunub.
Mayya Hüseynova