Redaktor
Azərbaycan əhalisi ən çox bu sosial şəbəkə hesablarından istifadə edir
Azərbaycanda əhalinin mobil sosial şəbəkələrdə fəallığını əks etdirən yanvar-dekabr ayı üzrə statistika açıqlanıb.
Valyuta.az xəbər verir ki, hesabatda Azərbaycan əhalisinin mobil tətbiqlər üzərindən sosial şəbəkələr üzrə fəallığı əks olunub.
Sözügedən dövr ərzində mobil platformalarda ən aktiv istifadə edilən sosial şəbəkə "İnstagram" olub. Platformanın payı 44,96% təşkil edib. Qeyd edək ki, "İnstagram" üzrə ən yüksək aktivlik ötən ilin noyabr ayında qeydə alınıb və bu göstərici 52,91%-ə çatıb.
İkinci sırada "YouTube" qərarlaşıb. Yanvar-dekabr ayları üzrə "YouTube"un payı 25,7% olub. Platformada ən yüksək aktivlik isə may ayında müşahidə edilib - 37,7%.
Üçüncü yerdə "Facebook" qərarlaşıb. Sosial şəbəkənin yanvar-dekabr göstəricisi 19,21% olub. "Facebook" üzrə pik aktivlik aprel ayında qeydə alınıb və 49,92% təşkil edib.
Digər sosial şəbəkələr üzrə göstəricilər isə belədir:
"Pinterest" dekabr ayında 3,93% payla təmsil olunub. Platformada ən yüksək aktivlik fevral ayında qeydə alınıb - 13,12%.
"Twitter" (X) üzrə dekabr göstəricisi 3,5% olub. Ən aktiv dövr isə oktyabr ayı olub -24,86%.
"LinkedIn" dekabr ayında 2,1% payla siyahını tamamlayıb. Bu platforma üzrə ən yüksək aktivlik məhz dekabr ayında qeydə alınıb - 2,09%.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərKabellərə əlvida: Lazer şüaları ilə fasiləsiz enerji ötürülməsi
05.06.2026"Meta" səbəbini izah etmədən hesabları bağlayır: Müstəqil şuradan sərt tənqid
05.06.2026"Microsoft"un yeni kvant çipi mübahisə yaratdı: Qubit ömrü 1000 dəfə artır
05.06.2026Avropa Komissiyası Qərbi Balkan ölkələrinə 540 milyon avroluq güzəştli kredit ayıracaq
05.06.2026Azərbaycanda xarici turistlərin çəkdikləri xərclər 206 milyondan çox azalıb
05.06.2026Ucuz telefon almaq arzusu bitdi
05.06.2026“Cərimələnən şəxs hazırda əməkdaşımız deyil” - “K Group”dan açıqlama - YENİLƏNİB
05.06.2026Provayderlərin Azərbaycanda necə fəaliyyət göstərəcəyi müəyyənləşir
05.06.2026Azərbaycanda uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər müəyyənləşir
05.06.2026"Azərbaycan Dəmir Yolları" 5 ayda sərnişin daşınmasını 16% artırıb
05.06.2026"Tesla" gizli əməliyyat: Köhnə müqavilələrdəki ifadələr dəyişdirilib
05.06.2026"App Store" üzərindən satışlar 1,4 trilyon dolları keçib
05.06.2026"Qəbələ" klubu 50 min manat mükafat əldə edəcək
05.06.2026Xarici turistlər 4 ayda Azərbaycanda 700 milyon manat xərcləyib
05.06.2026Azərbaycanda brauzer bazarının 81%-i “Chrome”un payına düşür
05.06.2026Azərbaycanlı xanım Qətərdə rəhbər vəzifəyə təyin olunub
05.06.2026