Esmira Rzayeva
Vəkil
“Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsində yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilib. Bu, həm də boşanma zamanı alimentin minimum məbləği deməkdir.
2026-ci ilin yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləği 246 manatdan 260 manata qaldırılıcaqdır. Təbii ki, bu, minimum məbləğdir, bu mütləq ödənilməlidir.
Bəs alimentin artırılması halları olurmu? Olursa, hansı hallarda bu təmin olunur?
Bəli, alimentin miqdarı artırıla və azaldıla bilər. Məsələn, bir məbləğ təyin olunduqdan sonra kişinin maaşının artdığı barədə yeni məlumatlar əldə edilirsə, qadın alimentin artırılması ilə bağlı məhkəmədə iddia qaldıra bilər.
Yaşayış minimumu haqqında qanunda dövlət tərəfindən uşaqlar üçün minimum sosial zənbil nəzərdə tutulur və demək olar ki, hər il artırılır. Bu məbləğ 2025-ci il üçün hər uşağa 246 AZN-dir. Təbii ki, burada inflyasiya da nəzərə alınır. Köhnə aliment ödənişi ilə uşağa lazım olan ərzaq və digər ehtiyac məhsulları var ki, onların qiymətində artımlar olur, ona görə də alimentin miqdarı kifayət etmədikdə, ana yenə də növbəti il alimentin artırılması ilə bağlı müraciət edə bilər. Qanunvericilikdə bu hallara icazə verilir.
Kişilər də alimentin azaldılması ilə bağlı müraciət edə bilərlər:
Səbəb kimi ikinci evlilikdən olan uşaqlarını və ya iş yerindən arayış əldə edərək maaşlarının azalmasını göstərə bilərlər.
Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmələr tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən edir və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə alır. Ailə vəziyyətindəki dəyişiklikləri dedikdə, yenidən ailə qurması, uşaqlarının olması, digər uşaqlara da aliment ödəməsi, və s. nəzərdə tutulur. Maddi vəziyyətindəki dəyişiklik dedikdə isə, iş yerinin itirilməsi, əmək haqqının dəyişməsi, maddi imkanlarının artıb, azalması və s. nəzərdə tutulur. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
Aliment iki növdə alınır:
1. Əmək haqqından çıxılır. Məsələn, bir uşağa görə əmək haqqının 1/4, 2 uşağa görə 1/3, 3 və daha artıq uşağa görə isə əmək haqqının yarısı alınır. Bu, ailə məcəlləsinin 76-cı maddəsində nəzərdə tutulub.
2. Sabit pulun təyin olunur. Bizim ölkədə böyük əksəriyyətin rəsmi iş yeri yoxdur, müəyyən ticarət və digər xidmət sahələrində işləyirlər. Belə olduğu halda, yaxud qeyri müntəzəm gəliri olanlara, aile məcəlləsinin 78-ci maddəsinə əsasən, müəyyən sabit məbləğ təyin olunur.
Ana övladı 3 yaşına çatana qədər atadan uşaq üçün nəzərdə tutulan alimentdən əlavə, özü üçün də sabit pul məbləğində aliment tələb edə bilər. Çünki uşaq 3 yaşınadək südəmər olur, ana işləyə bilmir. Əlavə anaya verilən məbləğ olur.
Alimentin artırılması və azaldılması üçün mediasiyaya müraciət etməyə ehtiyac yoxdur. Sadəcə alimentin artırılması və azaldılması tələbi ilə bağlı ərizə ilə məhkəməyə müraciət olunmalıdır. Alimentin artırılmasına vəz azaldılmasına görə məhkəmə rüsumu tələb olunmur.

Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərUorren Baffet bazar enişləri zamanı necə varlı qalır?
02.03.2026Alma ixracından alınan gəlir 1,3 milyon manat artıb
02.03.2026Əmlak sığortası üzrə ödənişlər 22% azalıb
02.03.2026Mərkəzi Bank iki xidmət üzrə satınalma aparır
02.03.2026Avropada qazın qiyməti 500 dolları ötdü
02.03.2026