Redaktor
2025-ci ildə süni intellektin formalaşdırdığı milyarderlər - SİYAHI
2025-ci il AI sektorunda rekordlarla yadda qaldı. Forbes-in məlumatına görə, süni intellekt sahəsində dəyər artımı və iri investisiya raundları nəticəsində 50-dən çox sahibkar ilk dəfə milyarderlər siyahısına daxil olub.
Valyuta.az xəbər verir ki, ilin ən böyük dönüş nöqtəsi Çinli DeepSeek startapının açıq mənbəli modelinin uğuru olub, qurucusu Lin Venvfenin sərvəti 11,5 mlrd dollara yüksəlib.
Anthropic (Claude) isə bu il 16,5 mlrd dollar sərmayə cəlb edərək dəyərini 183 mlrd dollara qaldıra bilib, şirkətin bütün 7 həmtəsisçisi isə milyarderə çevrilib.
AI-yə sərmayə axını sürətlənməkdə davam edir. 2025- ci ildə 200 mlrd dollardan çox kapital məhz AI-yə yönəlib ki, bu, 2024-ci illə müqayisədə 16% artım deməkdir.
Bundan başqa böyük texnologiya şirkətləri də infrastruktur yarışına daxil olub. "OpenAI", "SoftBank" və "Oracle" 500 mlrd dollarlıq “Stargate” data-mərkəzi layihəsinə, "Meta" və "Microsoft" isə hər biri 65 mlrd dollardan çox yatırımlara imza atıb.
Ən çox diqqət çəkən yeni milyarderlər:
| Ad | Sərvət ($) | Şirkət |
|---|---|---|
| Edvin Çen | 18 mlrd | Surge AI |
| Lyusi Quo | 1,4 mlrd | Scale AI |
| Mati Stanişevski & Pyotr Dabkovski | 1,1 mlrd | ElevenLabs (AI səs modeli) |
| Mercor-un qurucuları (22 yaşlı) | 2,2 mlrd (hər biri) | Data təlim platforması (Mercor) |
| Cursor-un qurucuları | 1,3 mlrd (hər biri) | AI kod-yazma aləti (Cursor) |
| 26.12.2025 |
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərUorren Baffet bazar enişləri zamanı necə varlı qalır?
02.03.2026Alma ixracından alınan gəlir 1,3 milyon manat artıb
02.03.2026Əmlak sığortası üzrə ödənişlər 22% azalıb
02.03.2026Mərkəzi Bank iki xidmət üzrə satınalma aparır
02.03.2026Avropada qazın qiyməti 500 dolları ötdü
02.03.2026