Redaktor
Yeni icra başçısı 23 illik müavini vəzifədən azad etdi
Balakən Rayon İcra Hakimiyyətinin başçısının müavini vəzifəsindən azad olunub.
Valyuta.az "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, bununla bağlı rayonun yeni icra başçısı Natiq Ağayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, başçının müavini və sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mehparə Nuriyeva vəzifəsindən azad edilib. Hələlik onun yerinə təyinat olmayıb.
Qeyd edək ki, 59 yaşlı M.Nuriyeva 2002-ci ildən bu vəzifədə idi. Əmək fəaliyyətinə 1988-ci ildə Balakən XDS İK-də baş iqtisadçı kimi başlayan M.Nuriyeva 1992-1998-ci illərdə RİH-də müxtəlif vəzifələrdə çalışıb.
Xatırladaq ki, Natiq Ağayev bu ilin noyabrın 13-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərUorren Baffet bazar enişləri zamanı necə varlı qalır?
02.03.2026Alma ixracından alınan gəlir 1,3 milyon manat artıb
02.03.2026Əmlak sığortası üzrə ödənişlər 22% azalıb
02.03.2026Mərkəzi Bank iki xidmət üzrə satınalma aparır
02.03.2026Avropada qazın qiyməti 500 dolları ötdü
02.03.2026