Yarım milyon borcu olan şirkət kimindir?

Redaktor

15.12.2025 16:15
78

Yarım milyon borcu olan şirkət kimindir?

“Smiles” MMC ləğv olunduğunu elan edib.

Valyuta.az xəbər verir ki,  "Smiles" MMC “Arcel” MMC-yə qoşularaq ləğv olunacaq və “Arcel” MMC yenidən təşkil olunacaq.

Rəsmi mənbələrə görə “Smiles” MMC-nin 521 min 851.34 AZN vergi borcu olduğu üzə çıxıb.

2022-ci ilin oktyabr ayında dövlət qeydiyyatına alınan bu şirkətin qanuni təmsilçisi Malik Miriyev Mirhəşim oğludur. “Smiles” MMC 10 manat nizamnamə kapitalı ilə yaradılıb. 

“Smiles” MMC-yə qoşulacaq olan “Arcel” MMC-nin isə vergi borcu yoxdur. 

Yenidən təşkil olunacaq Arcel MMC  2023-cü ilin iyul ayında dövlət qeydiyatına alınıb. 

10 manat nizamnmə kapitalı ilə yaradılan bu şirlətin qanuni təmsilçisi Toğrul Ağayev Qabil oğludur.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...