Redaktor
Vitalik Buterindən kvant xəbərdarlığı: Kripto şifrələr çözülə bilər!
“Ethereum”un qurucularından biri Vitalik Buterin Argentina paytaxtı Buenos Ayresdə keçirilən Devconnect tədbirində həm “Ethereum” şəbəkəsində görülməsi vacib olan işlər, həm də kriptovalyuta sənayesinin ümumi vəziyyəti barədə fikirlərini bölüşüb. O, çıxışında kvant texnologiyasının mümkün təsirləri barədə xəbərdarlıq edib:
“2028-ci il ABŞ prezident seçkilərindən əvvəl kvant kompüterləri bu gün istifadə edilən şifrələməni poza biləcək gücə çata bilər.”
Kvant texnologiyası şifrələməni təhlükə altına sala bilər
Buterin bildirib ki, kvant texnologiyası yalnız “Ethereum” deyil, “Bitcoin” və digər kriptovalyuta layihələrinin də şifrələmə sistemlərini risk altına sala bilər. Onun sözlərinə görə:
“Əgər bu baş verərsə, hazırda tətbiq edilən bütün açar əsaslı kriptoqrafiya sistemləri sıradan çıxa bilər. ‘Ethereum’un qarşıdakı dörd il ərzində kvanta davamlı kriptoqrafiyaya keçməsi zəruridir. Bunun üçün ekosistem daxilində koordinasiya vacibdir.”
“Əsas şəbəkə sabit qalmalı, inkişaflar ikinci qatmanda olmalıdır”
Buterin vurğulayıb ki, “Ethereum”un əsas şəbəkə qatı artıq tez-tez dəyişdirilməməlidir. Onun fikrincə, gələcək inkişaflar əsasən ikinci qatman (L2) həllərində həyata keçirilməlidir:
“Əsas qatman artıq sabit və proqnozlaşdırıla bilən olmalıdır. Bu qatmanın darıxdırıcı və dəyişməz olması əslində müsbət haldır, çünki tez-tez edilən dəyişikliklər risk və səhvlərə səbəb olur. Yeniliklər L2 həllərində davam etməlidir.”
O əlavə edib ki, bu sabitlik tam passivlik anlamına gəlməməlidir:
“Kiçik dəyişikliklər və təkmilləşdirmələr mümkündür, lakin bunlar məhdud çərçivədə qalmalıdır.”
“Kriptovalyuta sektoru kəşf ruhunu itirib”
Buterin kriptovalyuta sektoruna tənqidi yanaşaraq qeyd edib:
“Araşdırma və yenilik motivasiyası azalıb. Korporativ iştirakın artması hər şeyi darıxdırıcı edib. Uğurlu modellər sürətlə təkrarlanır, yeni məhsullar isə ortaya çıxmır. ‘Meme’ koinlər isə yalnız qısa müddətli dalğalanmalara səbəb olaraq sektoru deqradasiyaya aparır.”
Aydın
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb
04.12.2025Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?
04.12.2025Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı
04.12.2025Bu şəxlərə 2000 manat veriləcək
04.12.2025Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?
04.12.2025Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?
04.12.2025Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...
04.12.2025İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr
04.12.2025“iPhone 17” satışları rekord qırır
04.12.2025Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək
04.12.2025Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir
04.12.2025Dünyada dollar milyarderlərinin sayı artıb
04.12.2025Nazirliyin vəzifəli şəxsi cərimələndi
04.12.2025“Brevo” 583 milyon dollar investisiya alıb
04.12.2025"İvanovka"da məhsul satışı qadağan edildi
04.12.202513 milyon maaş alacaq
04.12.2025Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? - CƏDVƏL
04.12.2025