“Top Qapı" restoranı satışa çıxarılır

Redaktor

15.12.2025 17:15
820

“Top Qapı" restoranı satışa çıxarılır

Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən və hazırda fəaliyyət göstərən “Top Qapı" restoranı satışa çıxarılıb.

Valyuta.az xəbər verir ki, restoran “Mərdi-Məkan” yaşayış kompleksinin giriş hissəsində yerləşir.

Obyekt uzun müddətdir fəaliyyət göstərir və rəsmi icarə müqaviləsi əsasında istifadə olunur. Daşınmaz əmlakın ümumi torpaq sahəsi 27 sot, tikili sahəsi isə 1 800 kvadratmetr təşkil edir. Bildirilir ki, mövcud torpaq sahəsinin genişləndirilməsi imkanı da var.

Restoranın strukturuna 11 bağlı kabinet, 3 banket zalı və dəniz mənzərəli 2 açıq terras daxildir. Obyekt həm ictimai iaşə fəaliyyəti, həm də müxtəlif tədbirlərin təşkili üçün nəzərdə tutulub.

Qeyd edək ki, əmlak çıxarışla (kupça) təqdim olunur və özəl mülkiyyət statusuna malikdir. Restoran 2 milyon 650 min manata satışa təqdim edilib.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...