Tarixin ən etibarlı 10 avtomobili seçildi

Redaktor

12.12.2025 16:40
65

Tarixin ən etibarlı 10 avtomobili seçildi

"TopSpeed" ​​portalı bir araşdırma apararaq tarixin ən etibarlı 10 avtomobilinin siyahısını dərc edib.

Valyuta.az xəbər verir ki, 2015-ci il "Toyota Camry" sedanı 100 etibarlılıq balından 90-nın toplayaraq birinci yerdə qərarlaşıb. 

2015-ci ildən olan "Lexus ES" 89 balla bazardakı ən etibarlı avtomobillər arasında ikinci yerdədir. 2007-ci il istehsalı olan "Toyota Corolla" ilk üçlüyü tamamlayır (88 bal).

Tarixin ən etibarlı 10 avtomobili arasında 2007-ci il istehsalı olan "Honda Accord", 2018-ci il istehsalı olan "Toyota RAV4", 2019-cu il istehsalı "Mazda MX-5 Miata", 2021-ci il istehsalı olan "Lexus GX", 2022-ci il istehsalı olan "Toyota Prius", 2022-ci il istehsalı "Mazda CX-9" və "Subaru Legacy" də yer alıb.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...