Sumqayıtda böyük söküntü - İcra Hakimiyyətindən açıqlama

Redaktor

15.12.2025 16:18
147

Sumqayıtda böyük söküntü - İcra Hakimiyyətindən açıqlama

Sumqayıt şəhərində aparılan yenidənqurma işləri şəhərin baş planına, ümumi inkişaf konsepsiyasına uyğun olaraq mərhələli və planlı şəkildə həyata keçirilir. Bu çərçivədə istismar müddətini başa vurmuş, müasir yaşayış standartlarına cavab verməyən bəzi yaşayış binalarının söküntüsü nəzərdə tutulub. Bu işlər artıq bir neçə ildir başlaylıb və proses hazırda şəhərin bir neçə yaşayış massivində – 4-cü, 15-ci, 16-cı, 17-ci və 21-ci məhəllələrdə ardıcıl şəkildə davam etdirilir.

Valyuta.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, gələcək mərhələlərdə digər ərazilərdə də oxşar layihələrin icrası planlaşdırılır.

"Söküntü işləri sakinlərin razılığı əsasında həyata keçirilir. Sökülən binalarda yaşayan vətəndaşlar razılaşma əsasında yeni, müasir standartlara cavab verən yaşayış sahələri ilə təmin olunurlar. Bu proses zamanı sakinlərin sosial rifahının qorunması əsas prioritet kimi nəzərə alınır. 

Qeyd edilib ki, layihə çərçivəsində sökülən binaların yerində müasir tələblərə cavab verən yeni yaşayış binalarının inşası planlaşdırılır. Bununla yanaşı, ərazidə abadlıq işləri aparılacaq, uşaq oyun meydançaları, park və istirahət zonaları, parkinq sahələri, eləcə də ictimai istifadə üçün nəzərdə tutulan digər sosial infrastruktur obyektləri yaradılacaq.

"Həyata keçirilən layihələr Sumqayıt şəhərinin sosial infrastrukturunun yenilənməsinə, şəhər mühitinin müasirləşdirilməsinə və yaşayış şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Aparılan yenidənqurma işləri sakinlər tərəfindən də müsbət qarşılanır",- İcra Hakimiyyətinin rəsmi məlumatında deyilir.

Xatırladaq ki, Sumqayıtda uzun müddətdir qəzalı vəziyyətdə olan “Fin evləri” kimi tanınan ikimərtəbəli yaşayış binalarında söküntü işləri aparılır. 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...