Şirkətin tarixində ilk: "Volkswagen" Almaniya zavodunda istehsalı dayandırır

Redaktor

15.12.2025 17:00
64

Şirkətin tarixində ilk: "Volkswagen" Almaniya zavodunda istehsalı dayandırır

“Volkswagen” şirkəti Almaniyanın Drezden şəhərində yerləşən müəssisəsində avtomobil istehsalını dayandıracaq. Bu, 88 illik tarixində avtokonsernin ilk belə halıdır. 

Valyuta.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.

İstehsal xəttinin bağlanması Çində satışların zəifliyi, Avropada aşağı tələb, eləcə də ABŞ-da satışlara mənfi təsir göstərən Amerika rüsumları fonunda baş verir.

Alman avtoistehsalçı artıq bir müddətdir ki, qarşıdakı beş il üçün nəzərdə tutulan təxminən 160 milyard avroluq investisiya büdcəsinin bölüşdürülməsini balanslaşdırmağa çalışır. Hazırda şirkət xərclərin azaldılması və əməliyyat mənfəətinin artırılması yollarını fəal şəkildə axtarır.

“Volkswagen” yeni çağırışlarla üzləşir, çünki qazıntı yanacağı ilə işləyən mühərriklərin daha uzun istismar müddəti əlavə investisiyalar tələb edir.

“Yeni nəsil benzin texnologiyalarına baxmaq lazımdır”, deyə “Bernstein” şirkətinin analitiki Stiven Raytman bildirib.

Eyni zamanda “Union Investment” şirkətinin portfel meneceri Morits Kronenberqer hesab edir ki, bəzi layihələr “Volkswagen”in investisiya planlarından çıxarılmalı olacaq.

Qeyd edək ki, 2002-ci ildə Drezdendəki zavodda istehsala başlanandan bu yana orada 200 mindən az avtomobil buraxılıb ki, bu da “Volkswagen”in Volfsburqdakı mərkəzi zavodunun illik istehsal həcminin yarısından da azdır.

İstehsalın dayandırılması ötən il həmkarlar ittifaqları ilə bağlanmış razılaşmanın bir hissəsidir. Həmin razılaşma Almaniya ərazisində “Volkswagen”də 35 min iş yerinin ixtisarını da nəzərdə tutur.

“Volkswagen” brendinin rəhbəri Tomas Şefer bildirib ki, istehsalın dayandırılması qərarı asan verilməyib, lakin “iqtisadi baxımdan bu addım zəruri idi”.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...