Səssiz şəkildə işçiləri tükəndirən hallar var
08.12.2025 16:19
38

Səssiz şəkildə işçiləri tükəndirən hallar var

Asim Həsənov
    İnsan Resursları üzrə mütəxəssis 

Mobbing çox tanınan problemdir, amma ondan daha incə, daha səssiz şəkildə işçiləri tükəndirən hallar da var. HR olaraq bəzən biz bu siqnalları gec görürük. Aşağıda motivasiyanı öldürən, amma çox zaman “normal hal” kimi görünən 8 vəziyyətdən bəhs edəcəyəm.

1. Toksik rəhbərlik

Toksik rəhbər daim təzyiq yaradan, öz emosiyalarını iş mühitinə daşıyan və işçini “mənim dediyim kimi olacaq” prinsipi ilə idarə edən şəxsdir. Bu cür mühitdə işçilər fikirlərini açıq deməyə qorxur, təşəbbüskarlıq azalır və nəticədə şirkət ideyalarını itirir.

HR nə etməlidir?

Rəhbərlik bacarıqları üzrə təlimlər təşkil etməli, “emosional liderlik” və “feedback mədəniyyəti” mövzularını inkişaf planına daxil etməlidir.

2. Favoritizm (Seçkilik)

Əgər rəhbər və ya komanda lideri yalnız müəyyən şəxslərlə daha yaxın münasibət qurur, fikirlərini yalnız onlara soruşur və onları daha çox önə çəkirsə, bu, favoritizmdir. Bu hal komandada ədalətsizlik hissi yaradır və motivasiya sürətlə düşür.

HR nə etməlidir?

Qiymətləndirmə sistemlərini şəffaf etməli, performans və bonus qərarlarının şəxsi münasibətdən deyil, nəticədən asılı olduğunu nümayiş etdirməlidir.

3. Ədalətsiz iş bölgüsü

Eyni komandada bir işçi gündə 10 tapşırıq yerinə yetirir, digəri 3 tapşırıqla gününü bitirirsə, burada balans pozulub. Uzun müddətdə bu vəziyyət “səssiz mobbing” effekti yaradır, çox işləyən tükənir, az işləyən isə öyrənmə fürsətini itirir.

HR nə etməlidir?

Həftəlik tapşırıqları izləmək üçün komanda içi “task monitoring” tətbiqləri (Asana, Trello və s.) istifadə olunmalıdır. Ədalətli paylanma mədəniyyəti formalaşdırılmalıdır.

4. Kommunikasiya boşluğu və informasiya blokadası

Əgər məlumatlar yalnız rəhbər səviyyəsində dolaşır, amma icraçı işçilərə çatmırsa, bu, nəzarət formasıdır.
İşçi qərar proseslərindən kənarda qalır və “önəmsizəm” hissi yaranır.

HR nə etməlidir?

Daxili kommunikasiya kanallarını (intranet, həftəlik brifinqlər, e-mail bülletenlər) aktivləşdirməli, şəffaflıq mədəniyyətini təşviq etməlidir.

5. İşçinin fikirlərinin dəyərsizləşdirilməsi

“Bu ideya işləmir”, “sən hələ təcrübəsizsən” kimi cümlələr işçinin yaradıcılığını öldürür. Uzun müddətdə işçi susmağa və yalnız tapşırıqları icra etməyə başlayır.

HR nə etməlidir?

“Open idea day” və ya “innovasiya saatı” kimi formatlar quraraq hər kəsin fikrini dinləmək mühiti yaratmalıdır.

6. Mikromenecment

Rəhbərin hər detalı izləməsi, işçinin hər addımını sorğulaması bir növ psixoloji nəzarətdir. Bu, inamsızlıq siqnalıdır. İşçi özünü “uşaq” kimi hiss edir və təşəbbüsdən uzaqlaşır.

HR nə etməlidir?

Rəhbərlərlə “delegasiya bacarıqları” üzrə təlimlər keçirilməlidir. Hədəf nəzarət deyil, nəticə yönümlü etimad mədəniyyətidir.

7. Karyera inkişafının qarşısının alınması

Bəzi rəhbərlər və ya struktur rəhbərləri yaxşı işçilərin yüksəlməsini istəmir, çünki onları “itirmək”dən qorxurlar. Bu, ən təhlükəli motivasiya öldürücüsüdür, çünki işçi nə qədər çalışsa da, dəyişməyəcəyini anlayır və ya gedir.

HR nə etməlidir?

Karyera planlaşdırması sistemini hər kəs üçün bərabər tətbiq etməli və daxili yüksəlişlərdə şəffaflıq yaratmalıdır.

8. Gender və yaş ayrı-seçkiliyi

İş yerində “gəncsən, hələ vaxtın var” və ya “sən artıq yaşlısan” tipli ifadələr diskriminasiyadır. Bu, həm hüquqi, həm də mənəvi baxımdan zərərli mühit yaradır.

HR nə etməlidir?

İşə qəbul və yüksəlişdə yalnız bacarıqlara əsaslanan qərarlar qəbul edilməlidir. Təlimlərdə inklüzivlik və müxtəliflik dəyərləri vurğulanmalıdır.

Motivasiya yalnız maaş və bonusla ölçülmür. Bəzən bir rəhbərin tonu, bir tapşırığın ədalətsizliyi və ya bir ideyanın dəyərləndirilməməsi illərlə formalaşmış komandaları dağıdır. HR-ın rolu bu səssiz siqnalları vaxtında görmək və iş mühitini insan üçün sağlam saxlamaqdır.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bank işsiz şəxsin kartından kredit ödənişini çıxa bilər?

08.12.2025

Dünyada milyarderlərin sayı rekorda çatıb - artımın səbəbləri açıqlandı

08.12.2025

Bakıda kirayə mənzillərin ucuz olduğu ərazilər - QİYMƏTLƏR

08.12.2025

Səssiz şəkildə işçiləri tükəndirən hallar var

08.12.2025

Ödəniş kartları ilə 13 mlrd. manatdan çox əməliyyatlar aparılıb

08.12.2025

İcra başçısı iki nəfəri işdən çıxardı - Özünə yeni sürücü təyin etdi

08.12.2025

Gələn il Azərbaycanda yaşıl dövlət istiqrazlarının buraxılması planlaşdırılır

08.12.2025

Daha 188 mənzil ucuz qiymətə satışa çıxarıldı

08.12.2025

İş adamının 4 milyonu ələ keçirildi - Biri federasiya prezidenti olub

08.12.2025
Ən çox orta aylıq əməkhaqqı bu rayonlarda verilir

Ən çox orta aylıq əməkhaqqı bu rayonlarda verilir - SİYAHI

08.12.2025

"By Ruslan"ın sahibi yeni restoran açır: "Əlimdən hər şeyi ala bilərlər, amma..."

08.12.2025

Dövlət Gömrük Komitəsi büdcə proqnozuna tam əməl edə bilməyib

08.12.2025
"Wall Street"in aparıcı strateqlərindən 2026-cı il üçün proqnozlar

"Wall Street"in aparıcı strateqlərindən 2026-cı il üçün proqnozlar

08.12.2025

Əmlak sığortası üzrə 196 milyon sığorta haqqı ödənilib

08.12.2025

Ən bahalı 10 Yeni il şam ağacı - SİYAHI

08.12.2025

Bəzi məhsullar niyə məhz kassa yanında olur?

08.12.2025

Bu kolleclərə yeni təyinatlar oldu

08.12.2025

2026-cı ildə aktiv olacaq IT təqaüd proqramları açıqlandı - SİYAHI

08.12.2025
Azərbaycanda bank kartları metroda ödənişə nə qədər keşbek verir?

Azərbaycanda bank kartları metroda ödənişə nə qədər keşbek verir?

08.12.2025

8 min manatlıq müavinət kimlərə veriləcək?

08.12.2025

Məzənnə

Yüklənir...