Mobil rabitə gəlirləri açıqlandı

Redaktor

12.12.2025 15:20
96

Mobil rabitə gəlirləri açıqlandı

Cari ilin yanvar-noyabr aylarında informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 3 milyard 464,5 milyon manat dəyərində xidmət göstərilib.

Valyuta.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 275,8 milyon manat və ya 8,65% çoxdur.   

Ötən ilin yanvar-noyabr aylarında bu göstərici 3 milyard 188,7 milyon manat təşkil edib.    

Hesabat dövründə xidmətlərdən əldə edilən gəlirlərin 1 milyard 166,3 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.  

Ötən ilin eyni dövründə bu sahədə gəlirlər 1 milyard 125,9 milyon manat idi. Beləliklə, mobil rabitədən əldə edilən gəlirlər 40,4 milyon manat və ya 3,59% artıb.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...