Redaktor
Mənzil bazarında qiymətlər: ekspert ucuzlaşma gözləyir
Son günlər mənzil və torpaq bazarında qiymət dəyişiklikləri gündəmdə olan əsas mövzulardandır. Alıcı və satıcıların gözləntiləri dəyişdiyi üçün bazarın ümumi vəziyyəti əvvəlki illərlə müqayisədə daha həssas görünür. Bəzi seqmentlərdə qiymətlərin enməsi isə bunun təsadüfi yox, daha ciddi iqtisadi və sosial səbəblərlə bağlı olduğunu göstərir.
Valyuta.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan əmlak eksperti Elnur Fərzəliyev daşınmaz əmlak bazarındakı vəziyyəti belə izah edib:
“Son illər xüsusən də paytaxt Bakı şəhərində daşınmaz əmlakın satış qiymətlərində kəskin artım müşahidə olunur. Qiymətlərin həddən artıq yüksəlməsi nəticəsində əmlak bazarı ciddi müştəri qıtlığı ilə üzləşib. Son 3-4 ayın statistikasına baxdıqda da aydın görünür ki, bu dövrdə bazarda alıcı çatışmazlığı ciddi şəkildə artıb. Bu vəziyyət süni şəkildə artırılan qiymətlərin qarşısını alır və müəyyən dərəcədə qiymətlərin enməsinə səbəb olur”.
Ekspertin sözlərinə görə, digər tərəfdən, paytaxt və ətraf ərazilərdə aparılan söküntü işləri də bazara təsir göstərir:
“Dövlət ehtiyacı üçün alınan və sökülən mənzillərin sahiblərinə kompensasiya olaraq vəsait verilir. Bu kateqoriyaya aid alıcıların böyük qismi isə Bakıətrafı ərazilərə üstünlük verir. Bakının mərkəzi hissələrində, xüsusilə Yasamal və “Sovetski” kimi söküntü aparılan ərazilərdə mənzillərin ümumi sahəsi kiçik olduğuna görə verilən kompensasiyalar daha çox Bakıətrafı ərazilərdən mənzil almağa kifayət edir. Bu isə Xırdalan, Masazır və digər Bakı kəndlərində fərdi yaşayış evlərinə tələbatı artırır”.
E.Fərzəliyev bildirib ki, digər tərəfdən Xırdalan, Masazır və digər sıx yaşayış massivlərində son aylarda kütləvi şəkildə əmlakların satışa çıxarılması müşahidə edilir:
“Buna əsas səbəb həmin ərazilərdə nəqliyyat sıxlığının artmasıdır. Bu ərazilərdə yaşayan, lakin işi paytaxtın mərkəzində olan insanlar günün bir neçə saatını yollarda keçirdikləri üçün həmin zonalarda yaşamağı çətin hesab edir və mərkəzə daha yaxın, hərəkət sıxlığı az olan ərazilərə köçməyə üstünlük verirlər. Nəticədə, bu ərazilərdə çoxalan satışlar rəqabəti artırdığı üçün qiymətlərin enməsinə gətirib çıxarır”.
O, həmçinin əlavə edib ki, əmlak bazarında müşahidə olunan alıcı azlığı uzun müddət davam edərsə, bu, bazarda daha ciddi qiymət enmələri ilə nəticələnə bilər.
“Digər tərəfdən, həm dövlət, eləcə də özəl sektor tərəfindən reallaşdırılan müxtəlif layihələrdə mənzillərin satış şəraiti daha əlçatan sosial və ya güzəştli şərtlərlə təklif olunur. Bu isə xüsusilə aztəminatlı və nağd vəsaiti olmayan şəxslərin diqqətini həmin layihələrə yönəldir.
Yaxın gələcəkdə əmlak bazarında ciddi dəyişikliklər baş verməzsə və pul axını artmazsa, qiymət enmələrinin davam etməsi ehtimal olunur. Bununla yanaşı, qiymət artımları daha çox yeni tikililərdə qeydə alınır. Əsas səbəb son 3-4 il ərzində Bakıda çoxmənzilli yaşayış binalarının inşasının azalmasıdır. Tikintinin azalması rəqabəti aşağı salır və bu səbəbdən tikinti şirkətləri mənzilləri maksimum qiymətlərlə satışa çıxarırlar”,- deyə ekspert qeyd edib.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb
04.12.2025Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?
04.12.2025Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı
04.12.2025Bu şəxlərə 2000 manat veriləcək
04.12.2025Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?
04.12.2025Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?
04.12.2025Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...
04.12.2025İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr
04.12.2025“iPhone 17” satışları rekord qırır
04.12.2025Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək
04.12.2025Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir
04.12.2025Dünyada dollar milyarderlərinin sayı artıb
04.12.2025Nazirliyin vəzifəli şəxsi cərimələndi
04.12.2025“Brevo” 583 milyon dollar investisiya alıb
04.12.2025"İvanovka"da məhsul satışı qadağan edildi
04.12.202513 milyon maaş alacaq
04.12.2025Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? - CƏDVƏL
04.12.2025