Kriptovalyuta bazarında 1 trilyonluq itki

Redaktor

21.11.2025 18:22
542

Kriptovalyuta bazarında 1 trilyonluq itki

Kriptovalyuta bazarında bu ay başlayan sərt eniş nəticəsində sektor 1 trilyon dollardan çox dəyər itirib.

Valyuta.az xəbər verir ki, Bitkoin cümə axşamı 86 398 dollara düşərək oktyabrın əvvəlindəki 126 min dolluq zirvəsindən 31% aşağı ticarət olunub

Oktyabrın 10-da baş verən böyük likvidasiya dalğası bitkoinin tarixdəki ən böyük məcburi satışını yaradıb.

Kripto aktiv idarəedicisi 21Shares bildirir ki, varlı investorlardan satışlar artır, spot bitkoin ETF-lərindən isə üç həftədir ardıcıl olaraq vəsait çıxır. Təkcə son gün ərzində ETF-lərdən 866 milyon dollar çıxarılıb.

Mütəxəssislər qiymətlərin həm texniki səbəblərlə, həm də Fed-in faiz endirimi gözləntilərinin azalması ilə düşdüyünü deyir. Rails birjasının CEO-su Satraj Bambra qeyd edib ki, bazar “çox kövrəkdir” və alışlar güclənməsə, eniş davam edə bilər.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...